Husilərdən Səudiyyəyə növbəti hücum: yaralılar var
Dərc olunub:
10-02-2022, 19:50
Yəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının Abha hava limanına dron hücumu təşkil ediblər.
Axar.az xəbər verir ki, dron ərəb koalisiyası tərəfindən məhv edilsə də, onların qalıqlarının aeroportun ərazisindəki insanların üzərinə düşməsi nəticəsində 12 nəfər xəsarət alıb.
Qeyd edək ki, Abha hava limanı Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində yerləşir və vaxtaşırı olaraq husi qiyamçılarının raket və dron hücumlarına məruz qalır.