Sizin Reklam Burada

Səfir Cammu və Kəşmirdə aparılan işlərdən danışıb

Səfir Cammu və Kəşmirdə aparılan işlərdən danışıbHindistan Səfiri cənab B. Vanlalvavna Cammu və Kəşmir İttifaq Ərazisində son iki ildə baş vermiş müsbət dəyişiklikləri şərh edib və İttifaq Ərazisində şəffaf və məsuliyyətli idarəetmənin təmin edilməsində əhəmiyyətli irəliləyişin əldə edildiyini bildirib.

Bu müddət ərzində qadınların, uşaqların və cəmiyyətin az təmin olunmuş hissələrinin sosial, iqtisadi və siyasi hüquqlarının qorunması və təşviqi üçün nəzərdə tutulmuş qanunlar da daxil olmaqla bütün mərkəzi qanunlar genişləndirilərək İttifaq Ərazisində tətbiq olunması təmin edilib.

Ot kökləri demokratiyasını gücləndirmək məqsədilə 2020-ci ilin oktyabr-noyabr aylarında Bölgə İnkişaf Şurasına seçkilər keçirilib. Bu seçkilərdə 51,7 faiz seçici fəallığı qeydə alınıb. 2019-cu ildə Cammu və Kəşmirin tarixində ilk dəfə olaraq Blok İnkişaf Şuralarına (BİŞ) keçirilmiş seçkilərdə 98,3 faiz seçici fəallığı müşahidə olunub. İlk dəfə olaraq qadınlar əsas siyasət fəaliyyətilə məşğul olmağa imkan verən hüquqdan faydalanıblar. Bu müddət ərzində müxtəlif proqramlar üçün “Pançayat” institutları (yerli hökumət orqanları) vasitəsilə təxminən 230 milyon ABŞ dolları ayrılıb.

Səfir qeyd edib ki, bu müddət ərzində kənd ərazilərinin internet, eləcə də elektron dövlət xidmətləri ilə təminatı üçün 44 Rəqəmsal Kənd Mərkəzi yaradılıb. “Kəndə Qayıdış” adlı unikal proqram çərçivəsində 50 min ailə dövlət tərəfindən dəstəklənən “Sağlamlıq Sığortası Proqramı” ilə təmin edilib. Qadın sahibkarlar üçün ayrılmış 4 600 kredit də daxil olmaqla ümumilikdə 15 mindən çox kredit vəsaiti verilib.

Kəndlərdə infrastrukturun yaxşılaşdırılması üçün vətəndaşlar tərəfindən 20 mindən çox inkişaf layihəsi müəyyən edilib. İnteqrasiya edilmiş şikayət və monitorinq sisteminə 85 mindən çox şikayət daxil olub ki, bunların da 90%-dən çoxu qənaətbəxş şəkildə həll edilib.

Səfirin sözlərinə görə, 7,5 milyard ABŞ dolları həcmində sərmayə yatırımının nəzərdə tutulduğu Baş Nazirin İnkişaf Paketi çərçivəsində təyin olunmuş 54 layihədən 20-si son iki ildə tamamlanıb, 13 layihənin 2022-ci ilin sonuna qədər tamamlanması, qalan layihələrin isə 2022-2023-cü illərdək başa çatması gözlənilir.

Tamamlanmış layihələr sırasında Qaziqund və Banihal şəhərləri arasında tikilən və dəyəri 420 milyon ABŞ dolları olan 8,45 kilometrlik, yüksək texnologiyalı, hər cür hava şəraiti üçün nəzərdə tutulmuş tunel, Cammuda tikilmiş Rambağ körpüsü, eləcə də Cammuda yerləşən Hindistan Texnologiya İnstitutunu və s. qeyd etmək olar.

2020-2021-ci illər ərzində ümumi dəyəri 220 milyon ABŞ dolları olan 1289 yol tikintisi işi başa çatdırılıb. Təxminən 2000 məntəqəni birləşdirən “Baş Nazirin Kənd Yolu Planı” (Pradhan Mantri Gram Sadak Yojana) çərçivəsində indiyədək 14 500 kilometr uzunluğunda yolların tikintisi başa çatdırılıb.

Səfir, həmçinin 2024-2025-ci illərədək bu ərazinin elektrik enerjisi istehsal gücünə 3000 MVt əlavə edilməklə gələcək 3 il ərzində elektrik enerjisi istehsalının iki dəfə artırılacağını qeyd edib. Son yetmiş ildə 3500 MVt hidroenergetika gücü quraşdırılıb, 2024-25-ci illərdə isə əlavə 2500 MVt istehsal gücü əlavə ediləcək. “Pakal Dul” (1000 MVt) və “Kiru” (624 MVt) hidroelektrik layihələrinin icrasına başlanılıb. Əlavə 4674 MVt gücün quraşdırılmasına dair 4,5 milyard ABŞ dolları həcmində yatırımı nəzərdə tutan müqavilələr imzalanıb. 350 min istehlakçı üçün yeni elektrik xətlərinin çəkilişini də əhatə edən bu son yeniliklər nəticəsində, Cammu və Kəşmirdə 100 evin elektrikləşdirilməsinə nail olunub.

Əlavə olaraq, 2022-ci ilin martınadək Cammu və Kəşmirdə 1,81 milyon kənd evinin hamısı su təminatı şəbəkəsinə qoşulacaq.

Sənaye artımını təşviq etmək üçün İttifaq Ərazisində qurulan bütün yeni sənaye obyektlərinə və əhəmiyyətli genişlənmə işlərinin aparıldığı mövcud obyektlərə stimullaşdırıcı yardımın ayırılması məqsədilə 3800 milyon ABŞ dolları büdcəsi olan və 2021-2030-cu illər üçün nəzərdə tutulmuş Cammu və Kəşmir Sənaye İnkişaf Siyasətinə müvafiq müddəalar daxil edilib.

2021-2030-cu illər üçün “Cammu və Kəşmir Sənaye Torpaqlarının Ayrılması Siyasəti” qəbul edilib ki, buna əsasən 200 milyon ABŞ dolları həcmində sərmayə yatırımı ilə 15 sənaye layihəsinə torpaq ayrılıb. Bu müddət ərzində Cammu və Kəşmirə dəyəri 4 milyard dollardan çox investisiya təklifləri daxil olub. Cammu və Kəşmir Hökuməti, həmçinin “Dubai Expo 2020” sərgisində daşınmaz əmlak, infrastruktur, turizm, səhiyyə və işçi qüvvəsinin inkişafı sahələrinə sərmayələr cəlb etmək üçün qlobal investorlarla altı müqavilə bağlayıb.

Səfirin sözlərinə görə, hökumət tez və şəffaf məşğulluq imkanları təqdim etməklə 2000-ə yaxın vətəndaşın işlə təmin olunmasına və 15 000 vakant yerin müəyyən edilməsinə nail olub.

İşsiz mühəndislər üçün təlimlər təşkil etmək məqsədilə Cammu və Baramulla şəhərlərində Hindistan hökuməti və “Tata Technologies” şirkəti arasında birgə müəssisə kimi “İxtiralar, İnnovasiya, İnkubasiya və Təlim Mərkəz”ləri yaradılıb. Yaxın gələcəkdə hər biri Cammu və Srinaqarda olmaqla iki İKT parkı da yaradılacaq.

16 000 şəxsə fərdi məşğulluq krediti kimi 35 milyon ABŞ dolları ayrılıb. 2021-2022-ci illər ərzində təxminən 140 000 nəfər hökumətin müxtəlif özünüməşğulluq proqramları ilə əhatə olunub.

O, bildirib ki, pulsuz və ümumi sağlamlıq sığortası sistemi Cammu və Kəşmir İttifaq Ərazisində bütün sakinlərə şamil edilib. Cammu və Kəşmir, əslində, Hindistan üzrə səhiyyə sektoruna ən yüksək büdcə təyinatlarından (5%) birinə malikdir.

Əlavə olaraq, Cammu və Kəşmirdə Ümumhindistan Tibb Elmləri İnstitutunun 2 filialı, 2 xərçəng institutu, sümük institutları daxil olmaqla yeddi yeni tibb kolleci və xəstəxanası, eləcə də uşaq xəstəxanaları açılır. Cammu və Kəşmir Hindistanda COVID-19 əleyhinə peyvəndləmə ilə əhatə olunan aparıcı ştatlardan/ittifaq ərazilərindən biridir. Bu ərazinin yetkin əhalisinin 99%-dən çoxu tam peyvənd edilib. Səhiyyə işçiləri, xəstələrlə birbaşa işləyən işçilər və ahıllar üçün buster doza peyvənd kampaniyasına start verilib.

Təhsil sektoruna gəldikdə isə, 20 mindən çox tələbəni əlavə imkanlarla təmin edəcək 50 yeni kollec təşkil olunur. Tibb sahəsində (MBBS) məzun olmaq üçün yerlər 500-dən 1100-ə artırılıb və İttifaq Ərazisində Ümumhindistan Tibb Elmləri İnstitutunun 2 yeni filialı, 7 yeni tibb kolleci, tibb bacılarının hazırlanması üçün 5 yeni kollec və 2 xərçəng tədqiqatları dövlət institutu yaradılıb.

Səfir qeyd edib ki, Kənd Təsərrüfatı sektorunu inkişaf etdirmək üçün Hindistan Milli Kənd Təsərrüfatı Kooperativləri Marketinq Federasiyası Ltd. (NAFED) yaxın beş il ərzində alma, qoz, albalı və armud əkin sahələrinə təxminən 230 milyon ABŞ dolları dəyərində sərmayə yatıracaq. Əlavə olaraq 67 milyon ABŞ dolları həcmində sərmayə qoyulmaqla üç soyuducu anbar klasteri də yaradılır.

Ərazidə idman infrastrukturunu inkişaf etdirmək üçün isə Baş Nazirin İnkişaf Paketi çərçivəsində 26 milyon ABŞ dolları ayrılıb, eləcə də Cammu və Srinaqarda iki “Khelo India” Mükəmməllik Mərkəzi yaradılır.

Əlaqələri yaxşılaşdırılmaq üçün 23 oktyabr 2021-ci il tarixində Srinaqardan BƏƏ-nin Şarja şəhərinə beynəlxalq reys açılıb. Bundan əlavə, Cammu və Srinaqardan da doqquz uçuşa start verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər