ABŞ terrorçuların yerini deyənlərə 10 milyon verəcək
Dərc olunub:
8-02-2022, 16:15
ABŞ Dövlət Departamenti ötən il avqustun 26-da Əfqanıstanın paytaxtı Kabildəki Həmid Kərzay Beynəlxalq Hava Limanında partlayış törədənlərlə bağlı məlumat verənlərə mükafat təyin edib.
Axar.az xəbər verir ki, mükafatın dəyəri 10 milyon dollardır .
Bundan başqa Dövlət Departamenti İŞİD-in Xorasan qolunun lideri, Əfqanıstandakı bütün hücumlardan məsul olan Sənaullah Qafarinin də axtarıldığını bildirib.
Qeyd edək ki, ötən il avqustun 26-da Kabildə Həmid Kərzay Beynəlxalq Hava Limanının Abbey Qapısı yaxınlığında törədilən iki partlayış nəticəsində ABŞ ordusunun 13 əməkdaşı həlak olmuşdu.