Şröderin “Qazprom”dakı işindən narahat olmayın - Şolts
Dərc olunub:
8-02-2022, 11:01
Almaniyanın keçmiş lideri Herhard Şröderin “Qazprom”un rəhbərliyində olmasından narahat olmayın. Ölkə siyasətini Şröder deyil, məhz mən müəyyən edirəm.
Axar.az xəbər veriri ki, bunu Almaniya kansleri Olaf Şolts beynəlxalq tərəfdaşlarına deyib.
"O, hökumət üçün danışmır, hökumət üçün işləmir, hökumət deyil. Mən indi Almaniya kansleriyəm - Almaniyanın siyasi strategiyasını təyin edən mənəm”,- kansler bildirib.
Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Herhard Şröder “Qazprom” şirkətinin Direktorlar Şurasına namizədliyi irəli sürülüb. O bu vəzifədə Qaaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kürəkəni Timur Kulibayevi əvəz edəcək.
Herhard Şröder həm də Rusiya Prezidenti Vladimir Putinin yaxın dostudur.