Bütün təhlükələr ABŞ-dan gəlir - Perinçək
ABŞ-ın Qara dənizə girməsinin region üçün mürəkkəb nəticələri olacaq, bunun qarşısı alınmalıdır.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək deyib.
“NATO-nun şərqə genişlənməsi Rusiya üçün təhlükədir, amma Türkiyə üçün də təhlükə olduğu haqda anlayış var. Yunanıstan və Ukrayna Türkiyənin burnunun dibindədir. Biz başa düşürük ki, Ukrayna da Yunanıstan kimi Vaşinqtonun maraqlarına xidmət edir. ABŞ-ı Qara dənizə dəvət etməyin çox çətin nəticələri olacaq. Qara dənizdə kənar qüvvələrin qarşısını almaq lazımdır", - deyə Perinçək bildirib.
Onun sözlərinə görə, Türkiyə üçün təhlükə ABŞ və NATO-dan gəlir:
“Biz bunu illərdir deyirik. Bu terrorçu PKK-ya dəstək verən ABŞ-dır, FETÖ-ya dəstək verən də ABŞ-dır”.