Senat bu həftə Rusiyaya qarşı sanksiyalar paketini razılaşdıra bilər
ABŞ Konqresinin Senatı bu həftə Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar paketini razılaşdıra bilər.
Bu barədə Bloomberg sorğuda iştirak edən senatorlara istinadən məlumat yayıb.
Bloomberg ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezdən sitat gətirir: "Razılığa gəlməli olduğumuz bir neçə son məqamı müzakirə edəcəyimizə ümid edirik". Demokrat senator Chris Murphy "yaxın bir gündə" təkliflərin razılaşdırıla biləcəyinə inanır. Öz növbəsində, senator Cim Riş bildirib ki, iki partiya arasında müzakirələrdə "irəliləyiş barədə məlumat vermək" mümkündür.
Bloomberg-in məlumatına görə, ABŞ qanunvericiləri Rusiya Federasiyasına qarşı qabaqlayıcı tədbir kimi məhdudlaşdırıcı tədbirlərin tətbiq edilib, edilməməsi ilə bağlı hələlik konsensusa gəlməyiblər. Bundan əlavə, qanunvericilər Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə ABŞ-ın “Şimal axını 2” qaz kəməri ilə bağlı hansı tədbirləri görə biləcəyi ilə bağlı mübahisə edirlər.