Dialoqa hazırıq, lakin gərginlik artarsa... - Stoltenberq
Dərc olunub:
29-01-2022, 19:52
Rusiya ilə dialoq qurmağa hazırıq. Heç kim silahlı qarşıdurmaya maraqlı deyil.
Axar.az xəbər verir ki, bu sözləri NATO rəhbəri Yens Stoltenberq İtaliyanın “La Stampa” qəzetinə açıqlamasında deyib.
“Əgər siyasi həll yolu olsa, hamımız qalib olacağıq. Rusiya Ukraynaya qarşı bir daha güc tətbiq etsə, bunun əvəzini iqtisadi və siyasi sanksiyalarla ödəməli olacaq. Kiyevə Ukraynanın özünümüdafiə hüququnu dəstəkləməyə kömək edəcəyik və təbii ki, lazım gələrsə, müttəfiqlərimizi də qorumağa hazırıq. Rusiyanın məqsədi sərhədlərində daha az NATO qüvvələrinin olmasıdırsa, bunun əksi ilə qarşılaşacaq. Hücum olarsa, bu dəfə daha çox qüvvə göndərəcəyik", - deyə Stoltenberq bildirib.