Sizin Reklam Burada

Dövlət Departamenti Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etməyi tapşırıb

Dövlət Departamenti Ukraynadakı səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etməyi tapşırıbABŞ Dövlət Departamenti Amerikanın Kiyevdəki səfirliyinin əməkdaşlarının ailələrinə ölkəni tərk etmək göstərişini verib.

“Report”un məlumatına görə, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda həmçinin diplomatik nümayəndəliyin əməkdaşlarının bir hissəsinə icazə verilib.

"Dövlət Departamenti yanvarın 23-də Kiyevdəki səfirlik işçilərinin könüllü şəkildə ölkəni tərk etməsinə icazə və Rusiyadan hərbi əməliyyatların davam etmə riski ilə əlaqədar olaraq ailə üzvlərinin ölkəni tərk etməsinə göstəriş verib. ABŞ vətəndaşları kommersiya uçuşlarından və ya digər nəqliyyat vasitəsi formalarından istifadə etməklə oranı tərk etməyi düşünməlidirlər”, - Dövlət Departamentindən bildirilib. Bundan əvvəl ABC televiziya şirkəti Dövlət Departamentinin daxili sənədinə istinadən ABŞ-ın Kiyevdəki səfirliyinin əməkdaşlarının təxliyəsi barədə məlumat yayıb.

Eyni zamanda, Departamentin yüksək vəzifəli nümayəndəsi xüsusi brifinqdə qeyd edib ki, səfirlik fəaliyyətini davam etdirəcək.

"ABŞ səfirliyi fəaliyyətini davam etdirir və (Ukraynadakı-red) müvəqqəti işlər vəkili Kristina Quinn ölkədə qalır", - Dövlət Departamentinin sözçüsü bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər