“Taliban” 95 min nəfərlik ordu yaradır
Dərc olunub:
21-01-2022, 09:39
"Taliban" 95 minlik ordu yaradır
“Taliban” tərkibinə 95 min nəfərlik təhlükəsizlik qüvvələri yaradılması prosesini başa çatdırmaq üzrədir.
Bu barədə Qətərin "Al Jazeera" telekanalı taliblərin daxili işlər naziri əvəzi Siracuddin Hakkaniyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Əfqanıstanda törədilən teraktların arxasında İŞİD və əvvəlki hökumətin bir neçə üzvü dayanır. Taliblər İŞİD-ə qarşı həm təhlükəsizlik, həm də ideoloji sahədə mübarizə aparmağa, gənc əfqanların dünyagörüşündə korrektələr etməyə çalışır.