Suriyada 20 İŞİD-çi türmədən qaçdı
Dərc olunub:
21-01-2022, 09:32
Suriyanın Hasekə vilayətindəki Əs-Sanaviyə həbsxanasından azı 20 İŞİD döyüşçüsü qaçıb.
Avrasiya.net xəbər verir ki, "Əl-Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilib ki, digər məhbus yoldaşları onların qaçışını asanlaşdırmaq üçün həbsxana girişində iki maşını partladıblar.
Hazırda şəhərə nəzarət edən Suriya Demokratik Qüvvələri Quveyran məhəlləsinə giriş-çıxışı bağlayıb.
Ərazidə helikopterlərlə axtarışlara başlanılıb.
Məlumata görə, türmədən qaçan terrorçular silahlıdır.