ABŞ-nın Rusiyaya qarşı sanksiyaları məlum oldu
Son zamanlar Vaşinqton müntəzəm olaraq Moskvanı ciddi məhdudiyyətlərlə hədələyir.
ABŞ-ın vitse-prezidenti Kamala Harris keçən ilin sonunda Ağ Evin Rusiya qarşı "əvvəllər görülməmiş" sanksiyalar həyata keçirəcəyini bildirib.
Qərb mənbələrinə görə, Rusiya Federasiyasına qoyulan məhdudiyyətlər əsas banklara və “SWIFT” sisteminə təsir göstərəcək.
Bu addım qısa müddətdə maliyyə bazarlarını sabitsizləşdirə və Qərbin uzun müddətli dövrdə infrastrukturunun inkişafına töhfə verə bilər.
Nəşrin yazdığına görə, Qərb müttəfiqləri Rusiya Federasiyasının ən iri banklarına qarşı tətbiq edilməli olan məqsədyönlü iqtisadi sanksiyalar variantını nəzərdən keçirirlər. Eyni zamanda iddia olunur ki, Almaniya bu məsələdə bəzi istisnalarda israrlıdır, çünki məhdudiyyətlər Rusiya Federasiyasından qaz və neftin ödənilməsini çətinləşdirə bilər.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken yanvarın 20-də Berlində Almaniya kansleri Olaf Şolzla görüşərək Rusiyaya qarşı sanksiyalar siyasətini müzakirə edəcək.