Hindistan Çinlə sərhədə S-400-lər yerləşdirir
Dərc olunub:
17-01-2022, 16:46
Hindistan Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin ilk bölməsini aprel ayında işə salacaq.
Axar.az xəbər verir ki, bu barədə "Hindistan Tayms" məlumat yayıb.
Bildirilir ki, Rusiyadan alınan S-400 Triumf qabaqcıl hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi davam edir.
Sistemin 5 bölməsi Çindən gələn təhdidlərə qarşı iki ölkə sərhədində yerləşdiriləcək. Birinci bölmə 2022-ci ilin aprelində, digər 4 bölmə isə 2023-cü ildə fəaliyyətə başlayacaq.