Ukraynanın NATO-ya üzvlüyü üçün 3 şərt
Dərc olunub:
15-01-2022, 09:07
Şimali Atlantika Alyansına qoşulmaq üçün Ukraynanın yerinə yetirməli olduğu şərtlər var.
Bu barədə Ukrayna Milli Kəşfiyyat Xidmətinin istefada olan polkovniki Oleq Starikov danışıb.
O qeyd edib ki, bir ölkəni NATO-ya üzvlük üçün nəzərdən keçirərkən, 3 kateqoriyaya diqqət yetirmək lazımdır:
"Birincisi - Avropa hərbi əməliyyatlar teatrında olmaq. Ukrayna bunu yerinə yetirir.
İkincisi - Ukraynanın dil problemini həll etməsini tələb edən Macarıstan da daxil olmaqla, NATO ölkələri ilə siyasi dialoq aparmaqdır.
Üçüncüsü - ölkəmiz standartlara cavab verməyimiz üçün nəsə edir, yoxsa yox? Heç nə etmir".