İsrail ordusunun əsgəri səhvən 2 zabiti güllələyərək öldürüb
Dərc olunub:
13-01-2022, 10:42
İsrail ordusunun əsgəri səhvən 2 zabiti güllələyərək öldürüb.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (İMO) məlumat yayıb.
Bildirilib ki, hadisə ötən axşam İsrailin İordan çayının qərb sahilindəki bazasında baş verib.
Məlumata görə, hərbçilərin yanlış identifikasiya edilməsi "dost atəşi"nə səbəb olub.
Həlak olan hərbçilərin kimliyi açıqlanmasa da, “Kanal 12” onların İMO-nun Kommandos Briqadasında xidmət etdiklərini bildirib.
Qeyd edək ki, “dost atəşi” əsgər və ya bölmənin öz qoşunlarının bir hissəsinə və ya müttəfiq qüvvələrinə qarşı həyata keçirdiyi səhv atəşi və ya hücumu bildirən hərbi termindir.