Sizin Reklam Burada

İsrail İranın casus şəbəkəsini aşkarladı

İsrail İranın casus şəbəkəsini aşkarladıİsrail sosial media vasitəsilə bir neçə vətəndaşını əməkdaşlığa cəlb edən İranın casus şəbəkəsini aşkarlayıb.

Modern.az xəbər verir ki, bu barədə İsrailin əks-kəşfiyyat təşkilatı olan Şabak məlumat yayıb.

İsrailli qadınlar gizli obyektlərin fotoşəkillərini çəkməyə, kəşfiyyat məlumatları toplamağa razılaşıblar və ən azı iki dəfə oğullarını İsrail hərbi kəşfiyyatında işləməyə təşviq ediblər.

Təşkilat bildirib ki, iranlı kəşfiyyatçı "Facebook"da özünü Rambod Namdar kimi təqdim edib və İsraildə yaşayan yəhudi olduğunu bildirib. O, İran əsilli israilliləri hədəfə alıb.

Məlumata görə, 40 yaşlı israilli qadın bir neçə il onunla əlaqə saxlayıb və Tel-Əvivdə olarkən ABŞ səfirliyinin, həmçinin İsrail hökumətinin ofisinin və ticarət mərkəzinin fotolarını çəkməyə razılaşıb.

Digər 57 yaşlı qadın şübhəli şəxslə dörd il əlaqə saxlayıb və bir sıra tapşırıqlar üçün ümumilikdə 5000 dollar alıb. O, da oğluna hərbi kəşfiyyata getməsi üçün təzyiq edib.

Casusluq etdiyi iddia edilən şəxslər tutulub və onlara qarşı “ağır ittihamlar” irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər