Sizin Reklam Burada

Kadırov inquş xalqını təhqir etdi: Sizi kişi saymıram!

Kadırov inquş xalqını təhqir etdi: Sizi kişi saymıram!Çeçenistan rəhbəri Ramzan Kadırov qonşu inquş xalqını açıq təhdid edib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, o, müraciətini birbaşa özünün İnstaqram hesabında səsləndirib. Kadırovun sözlərinə görə, inquş xalqının ona qarşı ittiham irəli sürmək üçün üç gün vaxtı var.

“İnquş xalqından böyük xahiş! Əgər mən sizin düşməninizəmsə, o zaman günah və cəzanın dərəcəsini müəyyən edin. Nə etmək istədiyinizi deyin: döyməkmi, qovmaqmı, öldürməkmi”, - deyə çeçen lideri söyləyib.

Ramzan Kadırov inquş xalqının ona hər hansı ittiham irəli sürmədiyi təqdirdə, şərəfini ləkələyən hər kəsdən hesab soracağını bildirib.

Çeçenistan rəhbəri inquşları üstəlik doğma torpaqlarının qalanını da əllərindən alacağı ilə hədələyib.

“Buradan təxribatçılara səslənirəm. Mən sizdən torpaq qopardım, çünki sizi adam və kişi saymıram. Əgər sakitləşməsəniz, sizin qalan kəndlərinizi də əlinizdən alacağam” , - deyə o bəyan edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər