Dünyanın müsəlman gəncləri Pakistana toplaşır
Pakistanda Müsəlman Dünyası İslam Gəncləri Baş Assambleyasının forumu keçiriləcək.
Bu barədə İslam Gənclər Təşkilatının prezidenti Hamad Kakar məlumat verib.
O, qeyd edib ki, bu tarixdə ilk forum olacaq. Foruma İslam Gənclərinin Baş Assambleyası, İslam Gəncləri Assambleyası gənc liderləri, millət vəkilləri və beynəlxalq gənclər təşkilatlarının rəhbərləri qatılacaq.
Bir sıra məsələlər, xüsusilə Əfqanıstandakı gənclərin vəziyyəti müzakirə olunacaq. Gündəlikdə dünyada artan İslam fobiyasına qarşı strategiya qurmaq, Kəşmirdə Hindistan zülmü və barbarlığına və İsrailin Fələstini qeyri-qanuni işğalına qarşı səsini ucaltmaq kimi məsələlər də yer alacaq: “Forumun məqsədi müsəlman gəncləri üçün çətin anlarda bir yerdə olduğumuzu ictimailəşdirməkdir”.
Qeyd edək ki, forum fevral ayında 4 gün Pakistanın Qvetta şəhərində keçiriləcək.