İran və Fransanı bir araya gətirən nədir?Hər şey 44 günlük müharibə ilə və yaxud, həmin müharibədən sonra başladı. İkinci Qarabağ müharibəsi Azərbaycanın öz dostlarını da, düşmənlərini də tanıması baxımından ayırıcı xətt rolunu oynadı. 44 günlük müharibə gerçək düşmənlərimizin maskalarını yırtdı. 27 sentyabr 2020-ci ilə qədər üzdə özünü bizə dost kimi göstərən, lakin əsl həqiqətdə isə işğalçı Ermənistanı və separatçı erməniləri dəstəkləyən bəzi ölkələrin İkinci Qarabağ müharibəsindən sonra iç üzləri açıldı.

Ermənistanın kapitulyasiyası ilə və 10 noyabr üçtərəfli razılaşması ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra İran və Fransa artıq ənənəvi “ikili standartlar” siyasəti ilə hərəkət etməyə ehtiyac duymadılar. Bu ölkələr ikisi də Azərbaycana qarşı açıq “kart”la oynamağa başladılar. İndi nə mollalar, nədəki müsyölər ölkəmizə qarşı açıq-aşkar düşmən mövqe tutduqlarını gizlətmirlər. Onlar Azərbaycana qarşı sinxron hərəkət edirlər. Və ikisi də mahiyyətcə eyni siyasət yürüdür.

Fars-molla rejimi də, Makron hökuməti də Azərbaycanın 44 günlük müharibədə qazandığı parlaq Qələbəni həzm eləmir. Tehran da, Paris də Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün dəridən-qabıqdan çıxır. Bir sözlə, İran və Fransanın son iki ildəki davranışlarından belə məlum olur ki, bu ölkələr Azərbaycanın öz tarixi əzəli torpaqlarını erməni işğalından azad etməsini əsla istəmirlərmiş.

Maraqlıdır, niyə məhz İran və Fransa?

Nə milli, nə dini, nədəki mədəni dəyərlər bir-birilə iynənin ucu qədər də yaxınlığı, identikliyi olmayan bu iki şər dövlətini bir araya gətirən nədir? Erməni sevgisimi?

Yox, əsla!

Fransız ziyalılarının ermənilər haqda səsləndirdiyi fikirlərə ötəri bir nəzər salsaq görərik ki, Fransanın ziyalı təbəqəsi hiyləgər və fürsətçi ermənilərə əsl həqiqətdə dərin nifrət hissi bəsləyir. İran şair və tarixçilərinin də erməni xalqı haqda təntənəli, müsbət sözlər söylədiyinə heç yerdə rast gəlməmişik. İranın sabiq prezidenti Həsən Ruhaninin 2016-cı ildə İrəvana səfəri zamanı “İran və Ermənistan eyni mədəniyyətdən gəlir. İki xalq hər zaman dostluq və qardaşlıq içində yaşayıb. Biz Ermənistanı hər zaman dost ölkə kimi görmüşük”, deyə ermənilərə xitab etməsi də içdən gələn səmimi sözlər yox, sırf diplomatik etiket və rəsmi protokol xatirinə dilə gətirilən şablondan başqa bir şey deyildi.

Bəs elə isə İran və Fransanı bir araya gətirən nədir? Onlar hansı ortaq maraqlar birləşdirir? Bax, bu barədə ciddi-ciddi düşünməyə dəyər.

Məsələ burasındadır ki, Fransa da, İran da Ermənistana ilk növbədə öz geosiyasi maraqları üçün istifadə edə biləcəkləri vasitə kimi, marionet dövlət kimi baxır. Ermənistan Fransanın da, İranın da Cənubi Qafqazda işinə yarayır. Ermənistan Fransaya bu bölgədə öz varlığını nümayiş etdirmək və təsir imkanlarını qoruyub saxlamaq üçün lazımdır. Mollalar isə Ermənistana hər tərəfdən sanksiyalar və embarqolar məngənəsində sıxılan İranın Avropaya, dünyaya açılan yeganə pəncərəsi, nəfəsliyi kimi baxırlar. Məhz buna görə də bu “cırtdan” ölkə İran və Fransa üçün vazkeçilməz bir müttəfiqə, “müqəddəs qırmızı xətt”ə çevrilib.

Ermənilər isə əldən-ələ keçən fahişə qadın və ya gümüş pul rolunu məmnuniyyətlə oynamağa hər zaman hazır olublar və bu gün də bu murdar rolu sevə-sevə oynayırlar. Onlar üçün “ağa”nın kim olmasının elə də ciddi önəmi yoxdur. Dünənə qədər Putinin əlini öpən ermənilər, bu gün isə Tehranda, Parisdə, Vaşinqtonda birinci şəxslərin qəbuluna düşmək üçün hər şeyə hazırdırlar.

Bəli, zaman dəyişir, paytaxtlar dəyişir, müttəfiqlər dəyişir, dəyişməyən yeganə şey isə erməni xislətidir. Ermənilər müttəfiqlərini əlcək kimi dəyişməyə davam edirlər. Lakin təcrübə göstərdi ki, bu xislət sonda onlara uğur qazandırmaq gücündə deyil. 44 günlük müharibənin sonundakı ağır məğlubiyyət ənənəvi erməni xislətinin erməni millətini böyük fəlakətlərə dücar edəcəyinin sübutu oldu. Bu gün Fransa və İranın Ermənistan üzərindən oynadıqları geosiyasi oyunlara da erməniləri gözləyən növbəti fəlakətlərin işartıları və tərkib hissəsi kimi baxmalıyıq. İblislərin oyunları sonda iblislərin elə öz məğlubiyyəti ilə bitir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ağdam və Xocalıda erməni təxribatının qarşısı alındıAğdam və Xocalıda qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətlərinin qarşısı alınıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, noyabrın 17-si saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri Ordumuzun bölmələri tərəfindən müşahidə edilib. Bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin kobud şəkildə pozulmasıdır.

Vurğulanıb ki, həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.
"Dost və qardaş Azərbaycan xalqını Milli Dirçəliş günü münasibətilə təbrik edirik" Bu gün dost və qardaş Azərbaycan xalqı özünün ən əlmətdar və mühüm tarixi günlərindən olan və müstəqilliyinin əsasını qoyan Milli Dirçəliş gününü qeyd edir. Azərbaycanda hələ 1988-ci ildə sovet imperiyasına qarşı başlanan azadlıq tələbləri get gedə daha da qızışmış və bütün ölkəni bürümüşdü. Bakıda 1990-cı ilin 20 yanvar qırğınından sonra Azərbaycan xalqının azadlıq qazanması artıq tarixi zərurət və dövrün tələbi idi. O dövr Azərbaycan xalqının azadlıq mübarizəsinə rəhbərlik edəcək ümummili liderə‚ öndərə ehtiyac vardı və bu lider‚ bu öndər məhz Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev idi. Hələ 1990-cı ilin 20 yanvar qırğınının sabahısı SSRİ paytaxtında Azərbaycanın daimi Nümayəndəliyində mətbuat konfransı keçirən Heydər Əliyev Azərbaycanda baş vermiş qanlı qırğını bütün dünyanın diqqətinə çatdırmışdır. Bu onu həyatı üçün böyük risq və təhlükə demək idi.

Məhz bununla da Azərbaycana və Naxçıvana qayıdan dahi şəxsiyyət Heydər Əliyev məhz Naxçıvan Muxtar Respublikasından sovet əsarətinə qarşı mübarizəyə başlamış və 1990-cı ilin Noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycanın müstəqilliyinin qəbul edilməsi olaraq Üçrəngli Azərbaycan bayrağı müstəqillik rəmzi olaraq qəbul edilərək havaya qaldırılmış və sovet bayrağı endirilmişdir.

Bununla da bütün Azərbaycanın müstəqilliyinə gedən yol məhz Naxçıvan Muxtar Respublikasından Heydər Əliyevin rəhbərliyi ilə başlamış oldu. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda başlatdığı haqq mübarizəsi qısa müddət ərzində bütün Azərbaycanın hər yerinə yayıldı və ölkənin hər yerindən ziyalılar Naxçıvana onun yanına axışdılar və beləcə Azərbaycan 70 illik qanlı sovet əsarətindən xilas olaraq öz müstəqilliyinə qovuşdu. Bütün bu proseslər Azərbaycanda Milli Dirçəliş adlanır.

Bu Dirçəliş məhz Azərbaycan xalqının dahi oğlu və ümummilli lideri Heydər Əliyevin sovet əsarətinə qarşı apardığı yorulmaz və əzmkar mübarizəsi əsasında yarandı. 1990-cı ilin Noyabrın 17-də məhz Heydər Əliyevin rəhbərliyi və təşəbbüskarlığı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli milli Azərbaycan bayrağının qəbul edilməsi və müstəqilliyin elan edilməsi ilə Azərbaycan öz müstəqilliyini və istiqlaliyyətini qazandı. Bununla da Azərbaycan xalqı 70 illik şovinis sovet əsarətindən və qanlı repressiyalardan xilas olaraq öz müstəqilliyinə qovuşdu. Daha sonra isə məhz Heydər Əliyevin rəhbərliyi altında güclü‚ qüdrətli və tolerant‚ demokratik hətta bütün dünyada nümunə olacaq bir Azərbaycan dövləti yarandı. Heydər Əliyev Azərbaycanda yaşayan bütün xalqlara azadlıq bəxş etdi.

Heydər Əliyev Azərbaycanda yaşayan bütün xalqları bir-birinə daha da qardaşlaşdırdı. Xüsusən Yəhudilər də Azərbaycan müstəqillik qazandıqdan sonra sovet imperiyasının anti-semit siyasətindən xilas oldular. Azərbaycanın İsraillə Dünya Yəhudi Lobbisi ilə dostluq əlaqələrinin qurulması da məhz dahi şəxsiyyət Heydər Əliyevin dövründə olmuşdur. Heydər Əliyevin dövründə Yəhudilərlə Azərbaycanlılar daha da qardaşlaşdılar. Beləcə Azərbaycan Onun rəhbəliyi altında öz azadlığına qovuşaraq dirçəlmə və çiçəklənmə yoluna qədəm qoydu.

Bu gün həmin Dirçəliş günündən 32 il keçir. Bu mübasibətlə dost və qardaş Azərbaycan xalqını və dövlətini təbrik edir‚ qardaş Azərbaycana əmin-amanlıq‚ firəvanlıq arzu diləyirik. Azərbaycanın müstəqilliyi‚ suverenliyi və təhlükəsizliyi əbədi və sarsılmaz olsun. AMİN


İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi


İranda etirazçılar generalı ÖLDÜRDÜİranda kütləvi etirazlar davam edir. Bu gün Sənəndəc şəhərində keçirilən aksiya zamanı etirazçılar polis generalını bıçaqlayıb.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, general ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb.

Hazırda generalı öldürən şəxslərin axtarışı davam edir.
"Azərbaycanla  Albaniya arasındakı münasibətlər inkişaf etməkdədir" 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə Cənubi Qafqazın geosiyasi vəziyyətində əsaslı dəyişikliklərə səbəb olmaqla yanaşı ənənəvi güc balansını dəyişdi və regional sülh və təhlükəsizlik üçün yeni imkanlar və çağırışlar yaratdı. Ərazi bütövlüyünü bərpa edən dövlətimiz Cənubi Qafqazda yeni bir dövrün, sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Məhz şanlı qələbəmiz və dövlətimizin bütün sahələrdə əldə etdiyi uğurlar ölkəmizin hüdudlarından kənarda da diqqətlə izlənilir və beynəlxalq ictimaiyyət üçün də böyük əhəmiyyət kəsb edir.

Son illər ölkəmizin xarici siyasətində Avropa İttifaqına daxil olan ölkələr ilə əlaqələrin möhkəmləndirilməsi əsas prioritet istiqamətlərdən birinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycanla bir sıra Avropa dövlətləri arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Qeyd etməliyik ki, Rusiya və Ukrayna arasında davam edən müharibənin fonunda enerji təhlükəsizliyi ilə bağlı problemlərin ortaya çıxması Avropanın xarici siyasətində bir sıra köklü dəyişikliklərə gətirib çıxarmışdır. Alternativ bazarlara yönələn Avropa üçün isə Azərbaycan etibarlı tərəfdaş rolunu oynaya bilər. Bütün bunların nəticəsində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun əhəmiyyətini dərindən anlayan Qərb ölkəmizlə münasibətlərdə yeni mərhələyə keçmişdir. Məhz bunun nəticəsidir ki, son aylarda bir sıra Avropa dövlətləri Azərbaycanla mövcud münasibətlərini daha da genişləndirməyə çalışır. Ölkəmizin Albaniya ilə münasibətlərinin inkişafında da bu amil mühüm rol oynayır. İki dövlət arasında son illərdə baş tutan dövlət başçılarının qarşılıqlı səfərləri bu əməkdaşlıqda yeni səhifənin açılmasına gətirib çıxarmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının noyabrın 15-də Albaniyaya rəsmi səfəri bu münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir. Səfər zamanı iki dövlət arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilmiş və bir sıra razılıqlar əldə edilmişdir.

Qeyd etməliyik ki, Azərbaycanla Albaniya arasında mövcud əməkdaşlıqda enerji sahəsində əməkdaşlıq əsas rol oynayır. Azərbaycanın Avropaya qaz ixracında Albaniya tranzit ölkə rolunu oynayır. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Həyata keçirilən TAP layihəsi iki dövlətin maraqlarına xidmət etməklə yanaşı bu əməkdaşlığın inkişafında aparıcı mövqeyə malikdir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar.

Səfər çərçivəsində mətbuata verilən bəyanatlarda qarşılıqlı əməkdaşlıqdan geniş bəhs edən cənab Prezident Azərbaycanın Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəyindən danışaraq bildirmişdir ki, biz bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və biz buna hazırıq. Bu gün bu məsələni və energetika sahəsi ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik.

Sevindirici haldır ki, hazırda Albaniya ilə bütün sahələrdə əlaqələrimiz çox möhkəmdir və bu ikitərəfli maraqlara əsaslanan münasibətlərimizin böyük gələcəyi vardır. Bütün bunların nəticəsində inanırıq ki, tezliklə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində lider dövlətə çevriləcəkdir.


Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Xalid Əhədov Prezidentin köməkçisi təyin edildiXalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə X.Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Bakı İrəvanın bu istəyinə razılıq verməyəcək! - PrezidentOnlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib.

"Elə dünən dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır", - Prezident vurğulayıb..
Rəşad Dağlı kirayədə yaşayır: Qazandığı pullar hara gedib?Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı barədə müzakirələr səngimir.

Hadisədən sonra KİV-lərə danışan qonşuları söz ustadının kirayədə yaşadığını açıqladılar.

Məsələ sosial şəbəkələrdə gündəmə çevrildi, istifadəçilər bu məsələyə inanmadıqlarını, Rəşadın toy məclislərindən xeyli pul qazandığını iddia etdilər.

Bəs Rəşad Dağlı qazandığı pulu hara xərcləyib?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan meyxanaçının bibisi qızı, jurnalist Könül Aypara bu məlumatın doğru olduğunu bildirib. Onun sözlərinə görə, Rəşad pullarını xeyriyyə işlərinə xərcləyib:

“Bəli, Rəşad kirayədə yaşayırdı. O, pullarını xeyriyyə məqsədilər xərcləyirdi. Yaşadığı ev isə özünün deyildi, öz evi təmirdədir. Qazandıqlarını yardıma ehtiyacı olanlara xərcləyirdi”.

Meyxanaçının həmkarı Ağamirzə Məmmədov isə R.Dağlının kirayədə yaşadığına inanmadığını deyib:

“Kirayədə yaşayıb-yaşamadığını bilmirəm. Bu haqda dəqiq məlumatım yoxdur. Amma bildiyim şey onun doğurdan da xeyriyyəçiliklə məşğul olmasıdır. Rəşad çox adama əl tutub, yaxşı işlər görüb. Müğənnilər kimi meyxanaçılar da hər zaman xeyriyyəçilik ediblər. Biz edəndə xəlvət edirik. Kiməsə yardım edəndən sonra bu haqda danışıb mən filankəsə filan şey etdim dedinsə, o yardım heç nədir, zay olub gedir. Gərək etdiyin yardımı bir sən biləsən, bir də Allah. O ki, qaldı Rəşad Dağlının kirayədə qalmağına, bu inandırıcı söhbət deyil, mən inanmıram. Allah köməyi olsun, qapısını açsın”.

Xatırladaq ki, meyxanaçı Rəşad Dağlı (Əmirov) qonşusu İsgəndər Mehtiyevi qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mediasiya Şurası və AQC əməkdaşlıq barədə razılığa gəldilərMediasiya Şurasının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş keçirilib

Mediasiya Şurasında qonaq olan AQC sədri Vüqar Orucu, sədr müavinləri Ramil Osmanlı və Fərid Rüstəmovu, Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynovu salamlayan şuranın sədri Nadir Adilov bildirib ki, ölkə mediatorları və qiymətləndiriciləri arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi ehtiyac var. O qeyd edib ki, 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 2020-ci ilin fevralında Mediasiya Şurası təsis edilib. Sədrin sözlərinə görə, mediatorların ilkin hazırlığı üzrə təlimlər keçib, sertifikat əldə etmiş üzvlərin Şuraya qəbulu davam edir: “Mövcud qanunvericiliyə görə, mülki işlər, iqtisadi mübahisələr, ailə münasibətləri, əmək və inzibati hüquq üzrə mübahisələrdə mediasiya tətbiq olunur. Bu sahə Azərbaycan cəmiyyəti üçün yeni olsa da, artıq 300-ə yaxın mediator rəhbərlik etdiyim şura tərəfindən qeydiyyata alınıb”.

Öz növbəsində Mediasiya Şurasının fəaliyyətini yaxından izlədiklərini diqqətə çatdıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc iki qurum arasında münasibətlərin inkişafı istiqamətində bu görüşü vacib bir başlanğıc adlandırıb. AQC sədri bildirib ki, rəhbəri olduğu qurum 1999-cu ildən fəaliyyət göstərir: “Bu ilin may ayında hesabat-seçki yığıncağında cəmiyyətin yeni sədri seçilib və rəhbər strukturlar formalaşdırılıb. Müasir dövrün çağırışlarına cavab vermək, innovativ həllərə nail olmaq baxımından qiymətləndiricilər və mediatorların qarşılıqlı fəaliyyətinə ciddi ehtiyac var”.

Görüşdə çıxış edən Mediasiya Şurası Daxili Audit Komitəsinin sədri, İntizam Komissiyasının üzvü Mayıl Əhməd, AQC sədrinin müavinləri – Ramil Osmanlı və Fərid Rüstəmov, Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynov da iki qurum arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs ediblər.

Qərara alınıb ki, Mediasiya Şurası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Milli Məclisin deputatlarının, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə konfrans təşkil edilsin.
Azərbaycan Qiymətləndiricilər Cəmiyəti isə 1998-ci ildə təsis olunub, 1999-cu ildə dövlət qeydiyyatına alınıb. 2022-ci ilin mayından quruma iqtisadçı ekspert Vüqar Oruc rəhbərlik edir. 56 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirən cəmiyyət Azərbaycanda qiymətləndirmə üzrə təlim kurslarını təşkil edən, beynəlxalq ələqələrə malik və ölkə qiymətləndiricilərinin kollektiv şəkildə birləşdiyi yeganə qurumdur.