Sizin Reklam Burada

İranın Ermənistanla qan və gen bağlılığı var

İranın Ermənistanla qan və gen bağlılığı varAzərbaycan Respublikasının cənub qonşusu olan və özünü İslam Respublikası kimi qələmə verən İranın yürütdüyü siyasətə diqqətlə nəzər salsaq görərik ki, son illərdə İran və işğalçı Ermənistan arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir. Nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişədə İran rəsmiləri dəfələrlə Ermənistanı sözdə işğalçı dövlət kimi tanıdığını bəyan etsə də reallıqda isə biz bunun tam əksini görürük. Halbuki əgər Ermənistanı işğalçı qüvvə kimi tanıyırsa, o zaman işğalçıya yerini göstərməli, ona qarşı təzyiq mexanizmlərini işə salmalı idi. Lakin İran işğalçıya təzyiq bir yana, hətta yardım göstərməklə işğalçı ölkənin iqtisadi tələbatlarının qarşılanmasında əhəmiyyətli rol oynamaqdadır.

Xüsusilə istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı İranın mənfur düşmənimizə göstərdiyi hərtərəfli yardım unudulmamalıdır. Xüsusilə Birinci Qarabağ müharibəsi dövründə müsəlman soydaşlarımızı qətl edən, işğal altında olan ərazilərimizdə tarixi islam mədəni irsinin məhv edən işğalçı Ermənistana göstərilən dəstək daha acınacaqlı görünür. Bu dövrdə İranın maddi və mənəvi dəstəyinə ehtiyacı olan Azərbaycan üçün bu ölkənin Ermənistanın işğalçılıq siyasətinə dəstək verməməsi və bu məsələdə prinsipiallıq nümayiş etdirməsi kifayət edərdi. Lakin biz İranın atdığı addımlarda bütün bunların tam əksini görmüş olduq. Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan çox soydaşımızın öz yurdlarından məcburi köçkün vəziyyətinə düşməsinə səssiz qalan İranın bu gün 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni həzm edə bilməməsi İranın əsl iç üzünü nümayiş etdirir.

Ölkəmizə dini, tarixi və mədəni cəhətdən yaxın olan İranın Ermənistanla müttəfiqliyinin səbəbləri olduqca düşündürücüdür. Hazırda görünən odur ki, İran və Ermənistan həm etnik, həm coğrafi mövqelərinə, həm də geosiyasi çıxarlarına görə çox yaxındır. İranın Ermənistan kimi terror dövləti ilə arasındakı əlaqələrin möhkəm olmasında hər iki tərəfin öz çıxarlarının olması danılmazdır. Nəzərə alsaq ki, Sovet imperiyasının dağılmasından sonra Azərbaycanın müstəqilliyinə şübhə ilə yanaşan İran dövləti bütün bunların fonunda Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Bundan əlavə hazırda Erməni xristian icması İranın ən böyük xristian icmasıdır, ölkədə 40 erməni kilsəsi var. İranda ermənilərin öz dilində təhsil almaq hüququ var və burada erməni məktəbləri fəaliyyət göstərir.

Qeyd edək ki, sayı 40 milyondan çox olan azərbaycanlıların isə belə bir hüququ yoxdur. Bütün bunları nəzərə aldıqda görürük ki, əslində İranın Ermənistanla münasibətlərinin yaxşılaşmasında qarşılıqlı maraqlarla yanaşı, türk dünyasına qarşı olan düşmənçilik siyasətinin də böyük rolu vardır.
Gördüyümüz mənzərə və yaşadığımız hadisələr bir daha bizə deməyə əsas verir ki, İslam dininin müqəddəs adından istifadə edərək Türk- İslam dünyasına düşmən kəsilən İranın Ermənistanla qan və gen bağlılığı, elə hər ikisinin də eyni zehniyyətdə olduğunu göstərir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər