Sizin Reklam Burada

Türkiyə ŞKTC-nin haqq səsidir

Türkiyə ŞKTC-nin haqq səsidirUfuk Turganer: “Bu gün top bizdə yox, BMT tərəfindədir”

Noyabrın 15-i Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaranmasının 39 illiyi oldu. Bundan dörd gün öncə, noyabrın 11-də isə Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənddə keçirilən IX Zirvə toplantısında ŞKTC təşkilata müşahidəçi üzv qəbul edilib. TDT sammitində alınan bu əlamətdar qərar Şimali Kiprdə ruh yüksəkliyi ilə qarşılanıb.

ŞKTC Prezidenti Ersin Tatar bununla bağlı mediaya açıqlamasında “Bu bir tarixi addım, tarixi qərardır” deyə bildirib. O vurğulayıb ki, Şimali Kipr Türk Cümhuriyyətinin öz adı ilə bir beynəlxalq təşkilata qəbul edilməsi adada məhz iki dövlətin mövcudluğu yönündə illərdir apardığımız siyasi mücadilənin dəstəklənməsi deməkdir və bunun önəmi çox böyükdür.

Xatırladaq ki, 2004-cü ildə BMT-nin Kiprin federativ əsasda birləşdirilməsinə dair “Annan planı”nda (Kiprin yunan bölümünün referendumda əleyhinə səs verməsi səbəbindən reallaşmadı) adanın şimalındakı türk icması ilə bağlı “Kipr Türk Dövləti”, cənubdakı yunan icması ilə bağlı “Kipr Yunan Dövləti” anlayışları yer almışdı. ECO və İƏT də Şimali Kipri ilə bu adla müşahidəçi üzvlüyə almışdı.

“Amma indi Şimali Kipr Türk Cümhuriyyətinin məhz öz adı ilə Türk Dövlətləri Təşkilatına qəbul edilməsi bizim siyasi mücadiləmizə, suverenlik mübarizəmizə böyük bir töhfədir”, – deyə E.Tatar vurğulayıb.

ŞKTC-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Ufuk xanım Turganerin qonağı olub, 39 ilə qısa ekskurs etdik. Söhbətə başlamazdan öncə adıçəkilən cümhuriyyətin 39 yaşını və Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul olunması ilə bağlı təbriklərimizi bildirdik.

Elə söhbətimizə bu mövzu ilə yol açdıq: “11 noyabr Azərbaycanla yanaşı bizim üçün də çox düşərli tarix oldu. Bizim problemimiz ondadır ki, beynəlxalq səviyyəli platformalara yollarımız bağlı olduğu üçün səsimizi dünyaya çatdıra bilmirik. Amma bir işdə bəxtimiz gətirib ki, BMT-dən tutmuş Aropa Şurasına, digər bütün beynəlxalq və regional təşkilatlarda Türkiyə ŞKTC-nin haqq səsidir. Azərbaycana da təşəkkür edirəm, Avropa strukturlarında Türkiyə ilə bərabər Quzey Kıprıs türklərinin haqqını müdafiə edir. Amma əlbəttə ki, ŞKTC təmsilçiləri olaraq bizim öz sözümüzü deməyimiz lazımdır. Amma Güney Kıprıs Rum dövləti (Yunanların yaşadığı Kipr ərazisi nəzərdə tutulur – red.) dünya birliyi tərəfindən Kipr Respublikası olaraq tanındığından və Avropa Birliyinin üzü olduğundan bütün beynəlxalq platformalarda yer almaqdadır”.

U.Turganer ŞKTC-nin beynəlxalıq ictimaiyyət tətəfindən tranınmasına mane olan amillərdən də danışdı. Bildirdi ki, Kıprıs türk xalqı 1960-cı ildə müştərək respublika kimi qurulan və ömrü cəmi üç il sürən Kipr Respublikasından silah gücüylə kənarlaşdırılıb. BMT Təhlükəsizlik Şurasının 4 mart 1964-cü ildə qəbul etdiyi 186 saylı qərarı ilə qurulan həmin müştərək Kipr Respublikasını birmənalı şəkildə rum dövlətinə çevirən yunan hakimiyyəti “Kiprin yeganə qanuni hökuməti” olaraq tanınmaqdadır: “Bu səbəbdən də BMT-nin vaxtilə qəbul etdiyi qərara əsasən digər dövlətlər bu qərarın əksinə addım ata bilməzlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu müstəvidə boşuna “Dünya beşdən böyükdür” deməyib. Yəni Təhlükəsizlik Şurasında təmsil olunan beş dövlətin hər dediyi Allahın kəlamı deyil ki, mütləq qəbul edək. Əlbəttə ki, vəziyyət hər an dəyişə bilər. Bu gün top bizdə yox, BMT tərəfindədir”.

Kıprıs məsələsinə niyə konkret çözüm tapılmır sualımıza isə səfirin cavabı bu oldu: “Çünki Kıprıs məsələsinə diaqnoz düzgün qoyulmayıb. Baxın: 1960-cı ildə adada Kıprıs Cümhuriyyəti adlı müştərək dövlət quruldu. Yəni iki bərabərhüquqlu dövlət olan Kıprıs türkləri və Kıprıs rumları bir dövlətdə birləşdi. Prezident yunan, vitse-prezident türk və sair şəklində hər iki xalqın nümayəndələri bütün dövlət və hökumət orqanlarında təmsil olundular. Amma 1963-cü ildə rumlar silah gücünə türkləri bütün vəzifələrdən kənarlaşdırdılar. Bundan sonra isə türklərə qarşı irtica siyasətinin icrasına başlayan rumlar qətliamlar törətdilər, 1963-1974-cü illər arasındakı 11 il ərzində Kıprıs türkləri böyük itkilərlə nəticələnmiş ölüm-qalım mübarizəsi aparıblar. Kıprıs türklərinə qarşı hücumlar 21-27 dekabr 1963 tarihlerinde tarixlərində pik həddinə yüksəldi və bu bir həftəlik dövr “Qanlı Noel” adıyla yaddaşlara həkk olundu. Rumlar bu cür qətliamlar törətməklə adanı türksüzləşdirmək və daha sonra da ENOSİS, yəni Kıprısı Yunanıstana birləşdirmə planını başa çatdırmaq istəyirdilər”.

Səfir cümhuriyyətin elan olunmasının Kıprıs türk xalqına bir çox sahələrdə uğur qazandırdığını söylədi: “Bu gün bizim xarici dünyaya yeganə çıxışımız anavətən Türkiyədir. Çünki siyasətdən iqtisadiyyata, mədəniyyətdən idmana və sair hər bir sahədə Kıprıs türklərinə qarşı embarqolar tətbiq edilir. Bu gün hər hansı idmançımız beynəlxalq turnirlərdə iştirak edə bilmir, mütləq Türkiyənin milli komandasında getməlidir. Türkiyə bizi tam mənasında dəstəkləyir, türk ordusu bizi rumlardan qoruyur. Yəqin bilirsiniz, 1974-cü ildən bəri Türk ordusu adadadır. 1974-cü ildə Rum-Yunan birliyi adanı Yunanıstana birləşdirmək məqsədilə gerçəkləşdirdiyi çevrilişdən sonra üç təminatçı ölkə - Türkiyə, Yunanıstan və Böyük Britaniya beynəlxalq qaydaların verdiyi haqq və vəzifələri əsas tutaraq adaya müdaxilə edib və bununla da daha çox qan tökülməsinin qarşısı alınıb. Quzey Kıprıs Türk Cümhuriyyəti həm iqtisadi, həm təhsil, həm də turizm sahələrində böyük uğurlara imza atmaqdadır. İqtisadiyyatımıza xüsusilə böyük töhfə verən sektor təhsildir. Hazırda KKTC-də 21 universitet fəaliyyət göstərir ki, onlarda ümumilikdə 100 min əcnəbi tələbə təhsil alır. Bu da təbii ki, Quzey Kıprıs üçün böyük maliyyə mənbəyidir. Türkiyə Kıprısda yüksək standartlı yollar tikib, bir çox iri layihələr həyata keçirib və keçirməkdədir. Bundan əlavə, Quzey Kıprıs Körfəz ölkələri ilə yaxşı iqtisadi-ticarət əlaqələrinə malikdir. KKTC istehsalı olan dünyaca məşhur Hellim pendirinin əsas alıcıları Körfəz ölkələridir”.

U.Turganer ŞKTC-nin dünyanın fərqli ölkələrində olmaqla 27 şəhərdə təmsilçiliyi olduğunu da vurğulayıb: “Türkiyədə səfirlik və əlavə 6 Baş konsulluq, ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində, London, Bakı, Brüssel, Cenevrə, Strasburq, Stokholm, Berlin, Roma, Helsinki, Budapeşte, Əbu Dabi, İslamabad, Doha, Maskat, Küveyt, Manama və Bişkekdə Baş konsulluqlarımız fəaliyyət göstərir. Bu arada qeyd edim ki, İslamabad təmsilçiliyimiz səfirlik statusundadır. Sağ olsun Pakistan hökuməti, keçirilən hər cür rəsmi tədbirlərə KKTC təmsilçisini səfir olaraq dəvət edir – Kıbrıs Türklərinə böyük sevgi və ehtiram göstərilir”.

İki respublika arasında gediş-gəlişə gəldikdə isə səfir bildirdi ki, sərhəddə sadəcə kimlik kartımızı göstərməklə gedib-gəlirik. Amma özü və ya valideynlərindən biri Türkiyədə doğulan heç kim Rum tərəfınə keçə bilmir. Kimlik kartı komputerdə sistemə salınan kimi şəxs barədə bütün məlumatlar çıxır axı, görən kimi geri qaytarırlar. Hansı ki, biz onlara eyni münasibəti bəsləmirik: “Baxın, biz tərəfə gələn rumlarla çox normal davranılır, amma güneyə keçən türklərə ara-sıra da olsa xoşagəlməz münasibətlər göstərilir. Son bir faktı deyim: sərhəd qapısından keçərkən bir KKTC vətəndaşının kimlik kartına baxıb yersiz sözlər deyirlər. Eləcə də, güneydə bəzi radikal insanlar var ki, türkləri görən kimi sataşmaq məqsədilə atomobillərini cızaraq zərər verir, motosikleti üstlərinə sürərək qorxudur və sair kimi xuliqanlıq hərəkətləri edirlər. Amma rumlar Quzey Kıprısa daha daha çox gəlirlər. KKTC-də bazar qiymətləri rum tərəfi ilə müqayisədə daha ucuzdur. Odur ki, xüsusilə türk lirəsi dəyər itirəndən sonra rumların Quzey Kıprısa səfərləri çoxalıb. Hətta benzin almaq üçün belə KKTC-yə gəlirlər. Rum gömrükçülər, benzin alıb KKTC-də pul xərcləməsinlər deyə öz vətəndaşlarına müəyyən süni təzyiqlər həyata keçirirlər. Sərhədi keçərkən avtomobillərin benzinini ölçürlər ki, qayıdanda alıb-almadıqlarını bilsinlər”.

U.Turganer ölkənin əsas qazanc mənbələrindən birincisi turizm sektorunun olduğunu da dedi. Qeyd etdi ki, 2018-ci ildə KKTC-yə gələn xarici turist sayı 1,2 milyon civarında, onlardan dövlətin qazancı isə 965 milyon dollar olub. Amma hökumətin hədəfi əcnəbi turistlərinin sayını ildə 1,5 milyon nəfərə çatdırmaqdır. Bu gün Quzey Kıprısda 26258 yataq yeri olan toplam 168 otel fəaliyyət göstərir. Onlardan 23-ü beş ulduzu, 5-i dörd ulduzlu, 17-si üç ulduzludur. Onu da qeyd edim ki, məlum pandemiya ilə bağlı olaraq son iki ildir turizm sektorunun fəaliyyəti zəifləsə də, bu il yenidən, həm də sürətli inkişaf nəzərə çarpır. Məsələn, ötən ilin ilk beş ayında KKTC-yə cəmi 44 min əcnəbi turist daxil olmuşdusa, bu ilin müvafiq dövründə xaricdən gələn turistlərin sayı ortalama 436 min nəfərə yüksəlib. Yəni təxminən 8 dəfə artım qeydə alınıb: “Yeri gəlmişkən, bu ilin ilk beş ayında təxminən 1300 Azərbaycan vətəndaşı da KKTC-yə səfər edib. Təxminən 500 civarında azərbaycanlı yaşayır Kıprısda, 250 nəfər də tələbə oxuyur”.

Mövcud olan xırdas problemlərə də toxunduq. Səfir bildirdi ki, iki ölkənin mətbuatı arasında əlaqələrin qurulması və əməkdaşlığın artırılması, jurnalistləri tanış etmək üçün qarşılıqlı səfərlərin baş tutması çox vacibdir. KKTC-nin media nümayəndələrinin qardaş Azərbaycana səfər edərək işğaldan azad edilmiş torpaqları görməsi çox faydalı olardı: “Təəssüf ki, ticarət sahəsində əlaqələr lazımi səviyyədən çox aşağıdır. Çox istərdik ki, iki ölkənin iş adamları arasında əməkdaşlıq və biznes əlaqələri yaradılsın, hər iki ölkənin istehsal etdiyi məhsullar Azərbaycan və KKTC bazarlarına çıxarılsın. 2023-cü ilin ilk ayında Azərbaycanın iş adamlarından ibarət bir heyətin Kıprısa səfər edəcəyi gözlənilir. Eləcə də, gələn həftə Quzey Kıprısdan xanım sahibkarlardan ibarət qrupun bir konfransda iştirak etmək üçün Bakıya səfəri gözlənilir. Çox istərdik ki, KKTC-dən Azərbaycana səfərlərin rahat olması üçün bəzi yumşaldıcı addımlar atılsın. KKTC pasportu ilə kimsə Azərbaycana gələndə çətinliklə üzləşir. Hansı ki, biz KKTC pasportu ilə ABŞ-a, İngiltərəyə gedib-gələ bilirik. Bütün bu kimi sıxıntıların aradan qaldırılması KKTC ilə Azərbaycan arasında hərtərəfli əlaqələri daha da gücləndirəcəyinə inanırıq”.

Cavid

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər