Respondentlərin 94,7 faizi İlham Əliyevə etibar edir - SORĞU

Respondentlərin 94,7 faizi İlham Əliyevə etibar edir - SORĞUAzərbaycanda respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir.

Avrasiya.net xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusu nəticələri göstərir.

Qurumun İdarə Heyətinin sədr müavini, deputat Elşad Mirbəşiroğlu "İnam İdeksi" jurnalının 8-ci sayının təqdimatında deyib ki, rəy sorğusu vətəndaşların Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, həmçinin hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi məqsədi ilə keçirilib.

Onun sözlərinə görə, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib.

"Rəyi soruşulanların 94,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini söyləyib. Cəmi 2.9% respondent əsasən etibar etmədiyini, 1.3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. Rəyi soruşulanların təxminən 91 faizi isə Birinci vitse-prezident Mehriban Əliyevaya etibar etdiyini, etimad göstərdiyini vurğulayıb", - mərkəzin sədr müavini bildirib.

E.Mirbəşiroğlu qeyd edib ki, respondentlərin 31.6%-i Milli Məclisə tam etibar etdiyini, 31.7%-i əsasən etibar etdiyini bəyan edib: "Respondentlərin 9.8%-i qanunverici orqana əsasən etibar etmədiyini, 22.3%-i isə heç etibar etmədiyini bildirib. 4.7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 30.4%-i məhkəmələrə tam, 28.8%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 11.1%-i əsasən etibar etmədiyini, 20.7%-i isə heç etibar etmədiyini qeyd edib".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər