star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Makron hakimiyyəti erməni diasporunun pulunun quluna çevrilib

Makron hakimiyyəti erməni diasporunun pulunun quluna çevrilibFransa Senatının və Milli Assambleyasının bu kimi destruktiv və təxribatçı addımları Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur.

Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibətində deyib.

Partiya sədri qeyd edib ki, bu qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransada beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun süqut etdiyinin bariz göstəricisidir: "Özünü Avropanın demokrat ölkəsi kimi qələmə verən Fransa vətəndaşlarının söz və azadlıq hüququnu əlindən alıb. Makronun siyasətinə etiraz edən mitinqlərə çıxan minlərlə Fransa vətəndaşına amansızlıq göstərən rəsmi Parisdən, işğalçı Ermənistana dəstək göstərən Makron hökumətindən bundan artıq heç nə gözləmək olmaz. Otuz il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan Ermənistana qucaq açan Fransa hökuməti erməni diasporunun pulunun quluna çevrilib. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya unutmayıb. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb, soyqırımı siyasəti yürüdüb, 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olub. Terroru və terrorçu qrupları maliyyələşdirən bir ölkə heç vaxt azadlıq və demokratiyadan, əmin-amanlıqdan danışa bilməz".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər