İranda etirazçılar generalı ÖLDÜRDÜ
Dərc olunub:
17-11-2022, 19:07
İranda kütləvi etirazlar davam edir. Bu gün Sənəndəc şəhərində keçirilən aksiya zamanı etirazçılar polis generalını bıçaqlayıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, general ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Hazırda generalı öldürən şəxslərin axtarışı davam edir.