Təbriz türməsində Azərbaycan bayrağına görə dava

Təbriz türməsində Azərbaycan bayrağına görə davaİranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki həbsxanada Azərbaycan Respublikasının dövlət bayrağına görə baş verən dava-dalaşda güney azərbaycanlı milli fəal yaralanıb.

Axar.az xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Bildirilib ki, tanınmış idmançı və ictimai fəal Kərim İsmayılzadəyə təzyiq etmək üçün onu ağır cinayətlər törətmiş məhkumlarla bir kameraya köçürüblər.

Məlumata görə, həbsxanada üç məhbus Azərbaycan bayrağını təhqir etdikdən sonra Kərim İsmayılzadəyə hücum çəkiblər. Məcburi davaya cəlb olunan milli fəal hücum edənlərdən ikisinə müqavimət göstərib, üçüncü isə qaçıb.

Bundan sonra xüsusi təyinatlı dəstə hadisə yerinə gəlib. Yaralanan Kərim İsmayılzadə həbsxananın tibb məntəqəsinə aparıldıqdan sonra xüsusi bölməyə köçürülüb.

Qeyd edək ki, milli fəala qarşı irəli sürülən ittihamlardan biri də şəxsi avtomobilindən Azərbaycan bayrağını asmaqdır.

Hadisənin həbsxana rəhbərliyi və hökumət qüvvələri tərəfindən məqsədli şəkildə cinayətkar şəxslərin əli ilə törədildiyi də vurğulanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər