"Dost və qardaş Azərbaycan xalqını Milli Dirçəliş günü münasibətilə təbrik edirik"

"Dost və qardaş Azərbaycan xalqını Milli Dirçəliş günü münasibətilə təbrik edirik" Bu gün dost və qardaş Azərbaycan xalqı özünün ən əlmətdar və mühüm tarixi günlərindən olan və müstəqilliyinin əsasını qoyan Milli Dirçəliş gününü qeyd edir. Azərbaycanda hələ 1988-ci ildə sovet imperiyasına qarşı başlanan azadlıq tələbləri get gedə daha da qızışmış və bütün ölkəni bürümüşdü. Bakıda 1990-cı ilin 20 yanvar qırğınından sonra Azərbaycan xalqının azadlıq qazanması artıq tarixi zərurət və dövrün tələbi idi. O dövr Azərbaycan xalqının azadlıq mübarizəsinə rəhbərlik edəcək ümummili liderə‚ öndərə ehtiyac vardı və bu lider‚ bu öndər məhz Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev idi. Hələ 1990-cı ilin 20 yanvar qırğınının sabahısı SSRİ paytaxtında Azərbaycanın daimi Nümayəndəliyində mətbuat konfransı keçirən Heydər Əliyev Azərbaycanda baş vermiş qanlı qırğını bütün dünyanın diqqətinə çatdırmışdır. Bu onu həyatı üçün böyük risq və təhlükə demək idi.

Məhz bununla da Azərbaycana və Naxçıvana qayıdan dahi şəxsiyyət Heydər Əliyev məhz Naxçıvan Muxtar Respublikasından sovet əsarətinə qarşı mübarizəyə başlamış və 1990-cı ilin Noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycanın müstəqilliyinin qəbul edilməsi olaraq Üçrəngli Azərbaycan bayrağı müstəqillik rəmzi olaraq qəbul edilərək havaya qaldırılmış və sovet bayrağı endirilmişdir.

Bununla da bütün Azərbaycanın müstəqilliyinə gedən yol məhz Naxçıvan Muxtar Respublikasından Heydər Əliyevin rəhbərliyi ilə başlamış oldu. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda başlatdığı haqq mübarizəsi qısa müddət ərzində bütün Azərbaycanın hər yerinə yayıldı və ölkənin hər yerindən ziyalılar Naxçıvana onun yanına axışdılar və beləcə Azərbaycan 70 illik qanlı sovet əsarətindən xilas olaraq öz müstəqilliyinə qovuşdu. Bütün bu proseslər Azərbaycanda Milli Dirçəliş adlanır.

Bu Dirçəliş məhz Azərbaycan xalqının dahi oğlu və ümummilli lideri Heydər Əliyevin sovet əsarətinə qarşı apardığı yorulmaz və əzmkar mübarizəsi əsasında yarandı. 1990-cı ilin Noyabrın 17-də məhz Heydər Əliyevin rəhbərliyi və təşəbbüskarlığı ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli milli Azərbaycan bayrağının qəbul edilməsi və müstəqilliyin elan edilməsi ilə Azərbaycan öz müstəqilliyini və istiqlaliyyətini qazandı. Bununla da Azərbaycan xalqı 70 illik şovinis sovet əsarətindən və qanlı repressiyalardan xilas olaraq öz müstəqilliyinə qovuşdu. Daha sonra isə məhz Heydər Əliyevin rəhbərliyi altında güclü‚ qüdrətli və tolerant‚ demokratik hətta bütün dünyada nümunə olacaq bir Azərbaycan dövləti yarandı. Heydər Əliyev Azərbaycanda yaşayan bütün xalqlara azadlıq bəxş etdi.

Heydər Əliyev Azərbaycanda yaşayan bütün xalqları bir-birinə daha da qardaşlaşdırdı. Xüsusən Yəhudilər də Azərbaycan müstəqillik qazandıqdan sonra sovet imperiyasının anti-semit siyasətindən xilas oldular. Azərbaycanın İsraillə Dünya Yəhudi Lobbisi ilə dostluq əlaqələrinin qurulması da məhz dahi şəxsiyyət Heydər Əliyevin dövründə olmuşdur. Heydər Əliyevin dövründə Yəhudilərlə Azərbaycanlılar daha da qardaşlaşdılar. Beləcə Azərbaycan Onun rəhbəliyi altında öz azadlığına qovuşaraq dirçəlmə və çiçəklənmə yoluna qədəm qoydu.

Bu gün həmin Dirçəliş günündən 32 il keçir. Bu mübasibətlə dost və qardaş Azərbaycan xalqını və dövlətini təbrik edir‚ qardaş Azərbaycana əmin-amanlıq‚ firəvanlıq arzu diləyirik. Azərbaycanın müstəqilliyi‚ suverenliyi və təhlükəsizliyi əbədi və sarsılmaz olsun. AMİN


İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi