İlham Əliyev Macarıstana getdi
Dərc olunub:
20-05-2025, 13:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gedib.
Avrasiya.net xəbər verir ki, paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini Macarıstanın Avropa Birliyi məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar.