star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

“Ən böyük zənginliyimiz olan ailə dəyərlərini qorumaq üçün əlimizdən gələni etməliyik”

“Türkiyədə bu il “Ailə ili” elan edilib. Dünyada baş verən müəyyən proseslər, sosial medianın əhatəsinin genişlənməsi və bir sıra səbəblərdən ailə dəyərlərimiz zərər görür. Ailə dəyərləri cəmiyyətin, toplumun özəyidir. Düşünürəm ki, ailə dəyərlərini qorumaq üçün millət olaraq səfərbər olmaq lazımdır. Həm Azərbaycan, həm də Türkiyə xalqı üçün, eləcə də bütün Türk xalqları üçün ailə çox böyük önəm kəsb edir.”

Avrasiya.net xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir mayın 22-də “Müasir dövrdə ailə dəyərlərimiz” mövzusunda Bakıda keçiriləcək elmi-praktik konfransla bağlı saytımıza açıqlamasında deyib.

Konfransın təşkilini yüksək qiymətləndirən Cihangir İşbilir bildirib ki, tədbirin keçirilməsində məqsəd müasir dövrdə ailə dəyərlərimizə diqqəti cəlb etməkdir. Onun sözlərinə görə, bütün məcralarda ailə dəyərlərimizi qorumaq və yaşatmaq üçün birgə səy göstərməlıyik.

“Ən böyük zənginliyimiz olan ailə dəyərlərini qorumaq üçün əlimizdən gələni etməliyik”, - deyə o vurğulayıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər