AQC Belarus Qiymətləndirmə Təşkilatları Assosiasıyası ilə əməkdaşlıq sazişi imzalayıb

AQC nümayəndə heyəti Belarus Dövlət Əmlak Komitəsinin diplom və serifikatı ilə mükafatlandırıldı

Belarus Respublikasının paytaxtı Minsk şəhərində sözügedən ölkənin təşkilatçılığı ilə qiymətləndiricilərin forumu keçirilib. Forumda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti (CAATS) Vüqar Oruc və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü İlham Bağırov iştirak edib. Açılış mərasimində Vüqar Oruc “Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi” mövsuzunda çıxış edib. Çıxışdan sonra AQC ilə Belarus Qiymətləndirmə Təşkilatları Assosiyasıyası arasında əməkdaşlıq haqqında sazış imzalanıb. Tədbirdə Qırğızıstan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyinin direktor müavini Satarova Eldana Taalaybekovna, «Qazaxıstan Qiymətləndiricilər Assosiasiyasının özünütənzimləmə təşkilatı» qiymətləndiricilər palatasının üzvü Vedernikov Sergey Rufimoviç, Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenia, “Qrodno Dövlət Qeydiyyatı və Torpaq Kadastrı Agentliyi” Respublika Unitar Müəssisəsinin Qiymətləndirmə şöbəsinin müdiri Mariya Bir, “Milli kadastr agentliyi”-nin aparıcı qiymətləndiricisi Natalya Muraşko, Rusiya Özünütənzimləmə Təşkilatının (CMAO) eksperti Yekaterina Xmara, İqtisad elmləri namizədi, dosent, “Qiymətləndirmə mərkəzi” ASC-nin sertifikatlı qiymətləndiricisi Vladimir Şabeka, Belarus Respublikasının Dövlət Əmlak Komitəsi yanında Sertifikatlaşdırma Komitəsinin üzvü Aleksandr Kistyuk müxtəlif mövzularda çıxışlar səsləndiriblər. 

Tədbirin sonunda qonaqların şərəfinə ziyafət verilib. Forumun ikinci günündə “Nəqliyyat vasitələrinin, avadanlıqların qiymətləndirilməsi” mövzusunda seminar keçirilib. Seminarın sonunda AQC nümayəndə heyəti Belarus Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən diplom və sertifikatla mükafatlandırılıb. 

Forumun gedişində AQC sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti (CAATS) Vüqar Oruc Rusiya, Qırğızıstan və Qazaxıstannın qiymətləndirmə assosiasiyalarının rəhbərləri ilə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində danışıqlar aparıb və müvafiq razılaşmalar əldə olunub.

Jonnie
Jonnie от 21 may 2025 04:56
Thus happy I really did not need to lift a trait-- no back
discomfort!

Here is my blog; cheap
long distance moving companies
Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər