Avstraliya Ukraynaya istismardan çıxarılan "Abrams" tanklarını göndərir
Dərc olunub:
19-05-2025, 08:47
Avstraliyanın Ukraynaya təhvil verəcəyini vəd etdiyi istismardan çıxarılan M1A1 "Abrams" tankları təyinat yerinə göndərilib.
Avrasiya.net xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanese jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, döyüş maşınları “hazırda yoldadır”. Avstraliyanın baş naziri həmçinin Kiyevə hərbi dəstəyi davam etdirəcəyinə söz verib. “Biz həmçinin Ukraynada sülh bərqərar olduqdan sonra ona sülhməramlı kontingentin göndərilməsi ilə bağlı “istəklilər koalisiyası”nın istənilən təklifini nəzərdən keçirməyə hazırıq”, - Albanese bildirib.