İlin əvvəlindən 63 orqan köçürülüb - 10-u meyitdən götürülüb

Azərbaycanda 2025-ci ilin ilk 4 ayı ümumilikdə 63 orqan köçürülüb.

Səhiyyə Nazirliyi Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, 2025-ci ilin ilk dörd ayı ərzində Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin xətti ilə ümumilikdə 63 transplantasiya əməliyyatı həyata keçirilib.

Onlardan 18-i qaraciyər, 32-si böyrək, 15-i buynuz qişa, 8-i isə sümük iliyi transplantasiyası olub.

10 donor meyitlərdən alınıb


Transplantasiya üçün istifadə olunan orqanların 53-ü canlı donorlar, 10-u isə meyit donorlar hesabına təmin edilib. Üç meyit donordan ümumilikdə iki böyrək, iki qaraciyər və altı buynuz qişa orqan köçürülməsi üçün istifadə olunub.

164 nəfər orqan transplantasiyası üçün müraciət edib


Qeyd olunub ki, 4 ay ərzində böyrək transplantasiyası üçün 44, qaraciyər transplantasiyası üçün 31, sümük iliyi transplantasiyası üçün isə 89 nəfər müraciət edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər