Bu gecə Bakıya leysan yağacaq - Xəbərdarlıq
Dərc olunub:
19-05-2025, 11:24
Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu barədə Avrasiya.net-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.