Baş redaktorun oğlu Leyla Əliyevaya müraciət edib

Leyla Əliyevaya yaşamaq uğrunda mübarizə aparan II qrup əlil Əliyev Məmmədrza Ceyhun oğlunun müraciəti

Hörmətli Leyla xanım Əliyeva!

Mən – Əliyev Məmmədrza Ceyhun oğlu, 30 yaşlı bir Azərbaycan gənci olaraq Sizə bu müraciəti böyük ümid və ehtiramla ünvanlayıram. 2019-cu ildə mənə ağır onkoloji xəstəlik diaqnozu qoyuldu və həyatım bir anda dəyişdi. Ümidlərin azaldığı anda atam – Əliyev Ceyhun Məmməd oğlu, Moskvada Sizinlə görüşərək vəziyyətimi Sizə çatdırdı.

Sizin insanpərvərliyiniz və Heydər Əliyev Fondunun dəstəyi ilə, həyatımı xilas edən əməliyyat 2019-cu ildə “Medera” Hospitalda, Türkiyəli tanınmış mütəxəssis, doktor Mustafa Kərəm tərəfindən həyata keçirildi. Bu əməliyyat mənim üçün sadəcə tibbi bir müdaxilə deyil, ikinci həyatın başlanğıcı oldu. Sizin sayənizdə bu gün yaşayır və gələcək barədə düşünə bilirəm.

Hazırda mən II qrup əliləm, fiziki imkanlarım məhduddur. Lakin mən də hər bir sağlam insan kimi ailə qurmaq, cəmiyyətə inteqrasiya olunmaq, öz ocağımı yaratmaq arzusundayam. Təəssüf ki, şəxsi evimizin olmaması bu arzunun qarşısında əsas maneədir. Bu gün atamla birlikdə Gəncə şəhərində kirayədə yaşayırıq və ailə qurmaq üçün nə mənzil, nə də şərait var.

Atam – Əliyev Ceyhun Məmməd oğlu, 26 il Silahlı Qüvvələrdə xidmət etmiş ehtiyatda olan polkovnik-leytenant, müharibə veteranı, Qarabağ qaziləri İctimai Birliyinin Gəncə filialının sədr müavini, eləcə də PatriotNews.az xəbər saytının təsisçisi və baş redaktorudur. O, 40 ilə yaxın müddətdə həyatını Vətənə, dövlətə, xalqa xidmətə həsr etmişdir. Onun övladı olaraq bu gün Sizə üz tuturam və köməyinizə ümid edirəm.

Hörmətli Leyla xanım, bir zamanlar Siz demişdiniz: “Oğlunu evləndirmək istəsən, mənə müraciət et.” Bu sözlər ailəmiz üçün bir ümid çırağı oldu. Bu gün həmin çırağın işığında Sizə müraciət edir, ailə həyatı qurmaq üçün evlə təmin olunmağımda köməklik göstərməyinizi xahiş edirəm.

Siz – Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, minlərlə ailəyə ümid, yüzlərlə insanın həyatına işıq olmusanız. Fondun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi, həmçinin ölkə başçımız cənab İlham Əliyevin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, əlilliyi olan şəxslərə göstərdiyi yüksək diqqət və qayğı bu gün Azərbaycan cəmiyyətinin bünövrəsinə çevrilmişdir.

Mən də həmin həssas təbəqənin bir üzvü kimi, bu mərhəmətli qayğının bir hissəsi olmaq istəyirəm. İnanıram ki, Siz bu müraciətimi görəcək və ailəmizə bir daha yaşamaq və xoşbəxtlik imkanı bəxş edəcəksiniz.

Allah Sizi və ailənizi qorusun!

Dərin ehtiramla,
Əliyev Məmmədrza Ceyhun oğlu
II qrup əlil, onkoloji xəstə, 30 yaşlı gənc

Baş redaktorun oğlu Leyla Əliyevaya müraciət edib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər