Suriyada bütün silahlı qruplar orduya birləşdirildi

Suriya hakimiyyəti silahlı qrupların milli müdafiə sisteminə inteqrasiyasını elan edib.

Axar.az xəbər verir ki, bu barədə Suriya hökumətinin müdafiə məsələləri üzrə rəisi Murhaf Əbu Qəsrə bildirib.

O, açıqlamasında bu addımın Suriyanın müxtəlif silahlı qruplaşmalarını mərkəzləşdirilmiş komandanlıq altında birləşdirmək üçün aylarla davam edən koordinasiyalı səylərdən sonra atıldığını deyib:

“Suriya azad edildikdən sonra biz dərhal bütün hərbi hissələrin vahid institusional struktura inteqrasiyası üzrə işlərə başladıq. Bu gün biz fəxrlə bildiririk ki, artıq bütün bölmələr Müdafiə Nazirliyinə birləşdirilib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər