Xalq artistinin qolu sınıb
Dərc olunub:
20-05-2025, 19:18
Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudovanın başına iş gəlib.
Avrasiya.net Axşam.az-a istinadla xəbər verir ki, aktrisanın bu dəfə qolu sınıb. F.Mahmudova xəbəri təsdiqləyib.
O bildirib ki, hazırda klinikalardan birində müalicə alır.
Qeyd edək ki, F.Mahmudova bundan əvvəl bir neçə dəfə insult keçirdiyini açıqlamışdı