Belediyye.info-nun 10 yaşı tamam olur

"Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyinin layihəsi olaraq fəaliyyətə başlayan Belediyye.info resursunun 25 may tarixində 10 yaşı tamam olur.

Ötən on ildə çox işlər, çox layihələr icra olundu. Bu illər ərzində Belediyye.info bələdiyyələrin fəaliyyətinin təbliği istiqamətində, habelə onların problemlərinin ictimailəşdirilməsində əhəmiyyətli rol oynaya bildi. İstər müvafiq qurumlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında, istərsə də bələdiyyələrlə birbaşa əlaqələrin qurulmasında ciddi irəliləyişə nail olundu. Ancaq görüləsi işlər çoxdur. İstər bələdiyyələrin büdcə gəlirlərinin artırılması istiqamətində, istər kadr seçimində, istərsə də bələdiyyə - Əmlak məsələləri Dövlət Xidməti ilə əlaqələrdəki "passivliyin" aradan qaldırılmasında ciddi addımlar atılmalıdır.

AYNA və ADRA ilə qarşılıqlı münasibətlərin qurulmasına bu gün çox böyük ehtiyac vardır. Bu əməkdaşlıq qurulmuş olsaydı və müvafiq qurumlarda lazimi dəstək göstərmiş olsaydılar bələdiyyə büdcəsinə qanunla nəzərdə tutulmuş əlavə maliyyə vəsaiti də daxil olardı. Nəticə etibarı ilə bu vəsait sözsüz ki sakinin probleminin həllinə yönəldilir. Ancaq bu gün bu vəsaiti çoxsaylı bəhanələr gətirərək həmin qurumlar tərəfindən bələdiyyə büdcəsinə ödənilmir. Nə isə...

Hər halda ötən on il ərzində çox işlər görüldüyünü düşünürük. Etiraf edək ki, on il ərzində ayaq üstə dayanıb bu qədər işləri görə bilsək də, bu qədər layihələr icra etsək də, hətta resursumuzu yeniləsək də və digər sosial media platformalarinda aktivliyimizi artırsaqda fəaliyyətimizi hələ də tam şəkildə qura bilməmişik.

Ancaq ümidimizi itirmirik. İnanırıq ki, tezliklə bələdiyyələrimiz fəaliyyətləri ilə cəmiyyətdə öz yerlərini tutmaqla, cəmiyyətdə lazımlı orqana çevrilə biləcəklər. Bu prosesdə əsas yük yenə bu qurumların üzərinə düşür.Biz isə həmişə olduğu kimi bu işdə var gücümüzlə bələdiyyələrə dəstəyimizi göstərməyə hazır olduğumuzu bir daha bəyan edirik.

Odur ki, növbəti on ildə həm özümüzə, həmdə bələdiyyələrə uğurlar arzulayır və ümid edirik ki, qarşımıza qoyduğumuz məqsədə çataraq dövlətimizə və bələdiyyə sisteminin inkişafına daha böyük töhfələr verə biləcəyik.

Vüqar Tofiqli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər