Xameneidən ABŞ-yə xəbərdarlıq - “Boş-boş danışmayın”

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ABŞ ilə hazırda aparılan danışıqların nəticə verəcəyinə şübhə duyduğunu ifadə edib.

Bu barədə məlumatı Xameneinin Mətbuat xidməti yayıb.

Onun sözlərinə görə, indi olduğu kimi, əvvəllər də (keçmiş Prezident İbrahim Rəisinin dövründə - red.) vasitəçilərin köməyi ilə danışıqlar aparılıb, lakin nəticəsiz qalıb: “İndi də, bu danışıqların hər hansı nəticə verəcəyini düşünmürük. Bundan sonra nə olacağı aydın deyil”.

Xamenei, həmçinin qeyd edib ki, İrandan uranın zənginləşdirilməsini dayandırmaq böyük səhvdir: “Qarşı tərəfə xəbərdarlıq etmək istərdim. Vasitəçilərin köməyi ilə bu danışıqlarda iştirak edən ABŞ nümayəndələri, çalışın boş-boş danışmayın. “İrana uranın zəngişləşdirilməsi ilə məşğul olmağa icazə verməyəcəyik” deməyiniz böyük səhvdir. Bizə heç kəsin icazəsi lazım deyil”.

Xatırladaq ki, ABŞ və İran arasında danışıqların beşinci raundunun mayın 24-dən 25-nə qədər Romada keçirilməsi gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər