Xırdalanda boğazı kəsilən meyit tapılıb
Dərc olunub:
18-05-2025, 06:10
Xırdalan şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Avrasiya.net xəbər verir ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevin küçədə meyiti tapılıb. Onun boğazının kəsildiyi bildirilir.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov Report-un sorğusuna cavab olaraq bildirib ki, hadisə mayın 16-da saat 22 radələrində baş verib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.