star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Ümummilli lider Heydər Əliyevin 102-ci illiyinə həsr olunan turnir keçirilib

Bu gün "Azərbaycan Braziliya Ciu-citsu Klubu" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 102 illiyinə həsr olunan turnir keçirilib.

Turnirdə Bakı şəhəri və Respublikanın müxtəlif bölgələrindən müxtəlif yaş qrupları və müxtəlif çəki dərəcələrində olan 200-ə qədər uşaq, yeniyetmə və gənc braziliya ciu citsu döyüş sənətinin Gi və No-Gi versiyaları üzrə güclərini sınayıblar.

Braziliya Ciu-citsu döyüş sənətinin Azərbaycanda banisi və İctimai Birliyin təsiaçisi Taleh Həsənov qonaqları və turnir iştirakçılarını salamlayaraq potensiallı idmançılarıma uğular arzu edib. Bu döyüş sənətinə olan maraq çoxluğunun sevindirici hal olduğunu bildirib.

Braziliya Ciu-citsu İctimai Birliyinin prezidenti Aqil Acalov Ulu öndər Heydər Əliyevin idmanın bugünki dinamik inkişafına təkan verən bünövrə əhəmiyyətli fəaliyyətlərindən danışaraq bu müstəsna və əhəmiyyətli siyasəti unutmamalı olduğumuzu vurğulayıb və turniri açıq elan edib.

Braziliya Ciu-Citsu KİB-nin sədri Fuad Kərimov da öz növbəsində idmançılara həm turnirdə, həm də bütün idman fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, hər uğur və irəli addım həm sevinc, həm məsuliyyət hissini artırır.

Daha sonra Ulu öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilən və yarışa start verilib.

Turnirdə güclərini nümayiş etdirən idmançılar sonda medal, sertifikat və mükafatlarla təltif olunublar.

Komanda hesabında isə 1-ci yerə Suraxanı Braziliya ciu citsu komandası, 2-ci yerə Bakı Braziliya Ciu citsu Akademiyası, 3-cü yerə isə Əkbər Hadiyev Braziliya Ciu citsu komandası layiq görülüblər.





Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər