"Bu, Aİ liderlərinin Azərbaycanı güc kimi qəbul etmələrinin təsdiqi idi"
Prezident İlham Əliyevin Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı çərçivəsində keçirdiyi görüşlər və ona olan münasibət bir daha onu sübut etdi ki, Avropa Azərbaycanı “orta güc” kimi qəbul edir və onunla hesablaşır.
Bunu Avrasiya.net-ə açıqlamasında deputat İlham Məmmədov deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə görüşü zamanı Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirməsi bunun bariz nümunəsidir.
“Avropa İttifaqının liderlərinin Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulamaqla yanaşı, regionda, həmçinin regionun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynamasını qeyd etmələri ölkəmizin “orta güc” kimi qəbul edilməsinin sübutu idi”, - o vurğulayıb.
Deputat əlavə edib ki, bütün bu uğurlara cənab Prezident İlham Əliyevin yürütdüyü qlobal çağırışlara zamanın çevik reaksiya verib ona uyğun diplomatiya yürütməsi və çoxvektorlu siyasət nəticəsində mümkün olub: “ Məhz cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətin nəticəsində Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğundan nüfuzu artəb mövqeləri möhkəmlənməkdədir. Uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı aktiv rol ölkəmizin geosiyasi mövqelərinin möhkəmlənməsinə və gələcəkdə daha ciddi aktor rolunda çıxış etməsinə xidmət edir”.
Avropa İttifaqı rəhbərlərinin Prezident İlham Əliyevlə görüşün əhəmiyyətinə toxunan deputat bildirib ki, Aİ lideləri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaş olduğunu bir daha təsdiq etməklə, bunda sonra da istər enerji, “yaşıl enerji”, istər digər iqtisadi, tranzit-yükdaşıma, istərsə də Orta Dəhlizin inkişaf etdirilib Mərkəzi Asiya regonu ilə daha sıx əməkdaşlığın qurulmasında ölkəmizin müstəsna rol oynamasının fərqindədirlər. “Avropa həm də oynadığı “orta güc” rolunun regional sülhə, sabitliyə, təhlükəsizliyə və qarşılıqlı faydalara əsaslanan sıx əməkdşalıq formatlarının yaranmasına xidmət edir. Əminəm ki, cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan hələ çox uğurlara imza atacaq və ölkəmiz dünyanın inkişaf etmiş sosial ölkəsinə çevriləcək”.