İran ordusunun şəxsi heyətindən aksiyalara dəstəkİran ordusunun şəxsi heyəti hökumət əleyhinə keçirilən ümumxalq etirazlarına dəstək verir.

Bu barədə “Azad İran” Teleqram kanalında məlumat verilib.

Qeyd olunub ki, İran xalqının ümummilli qiyamının davamında ölkənin bir neçə ordu zabiti etirazçılara dəstək verdiklərini açıqlayıb və polis qüvvələri, xüsusi təyinatlılar, Bəsic və SEPAH tərəfindən xalqa qarşı repressiyaları tənqid ediblər.

İran ordusunun zabiti, “təyyarələrə texniki xidmət” üzrə mütəxəssis olan kapitan Səccad Əskəri videomüraciət yayımlayıb və İran İslam Respublikasının polis qüvvələrinin komandanı Hüseyn Əştəriyə müraciət edərək bildirib ki, o, və döyüş yoldaşları haqlarını tələb etmək üçün son nəfəsinə qədər xalqın yanında olacaqlar.
Bakıda dilənçilərə təpik vuran polislər işdən çıxarıldıBakıda dilənçilərə təpik vuran polislər işdən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, sosial şəbəkələrdə payataxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb:

"Həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər.

Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər.

Hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək".
MEK VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunurOktyabr ayının 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi işinə başlayıb.

Təmsil olunan müəssisələr arasında AMEA-nın Mərkəzi Elmi Kitabxanası da var. MEK öz stendində dövlətçiliyə, Azərbaycan mədəniyyətinə, tarixinə dair kitablar sərgiləyir. “Böyük qayıdış”, “Zəfərə aparan yol”, “Qarabağ tarixi-mədəni irsimizdən”, “Hər biri qəhrəmandır”, həmçinin MEK-in özünün nəşr etdirdiyi “Qırx dörd günün salnaməsi. Vətən müharibəsi”, "Şuşa İli" çərçivəsində AMEA MEK-in fondlarında olan sənədlər əsasında nəşr olunmuş biblioqrafik göstərici “Şuşa 270”, “2021-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “Nizami Gəncəvi. AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş biblioqrafik göstərici” və digər biblioqrafik göstəricilər, eləcə də kitablar yer alır.

Qeyd edək ki, oktyabr ayının 9-dək davam edəcək sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, müxtəlif musiqi nömrələri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.
Rusiya səfirliyi qarşısında aksiyaya icazə verilmədiBakı şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının oktyabrın 7-də saat 14:00-da Rusiya səfirliyinin qarşısında etiraz aksiyası təşkil etmək üçün müraciətinə baxıb.

 BŞİH-dən müraciətə verilən cavabda bildirilib ki, piketin keçirilməsi məqsədəuyğun sayılmayıb.

Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi Şanlı zəfərimizlə başa çatıb. 10 noyabr 2020-ci il tarixində bağlanılmış üçtərəfli bəyanatla Ermənistan hərbi kapitulyasiyaya uğradığını qəbul edib. Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazisində qalma müddəti 5 ildir.

BŞİH bildirib ki, yuxarıda qeyd olunanlar, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 7-ci maddəsinin I hissəsi nəzərə alınaraq, 7 oktyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi qarşısında planlaşdırdığınız piketin keçirilməsi məqsədəuyğun sayılmır.
Sabiq başçı 5 nəfərin qətlində TƏQSİRLƏNDİRİLİRPolşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin nədə ittiham olunduğu məlum olub.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Elxan Nuriyev 5 nəfərin qətlə yetirilməsində, 1 nəfərin qətlinə cəhd etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

İttihama görə, Elxan Nuriyev icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər.

Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur.

O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir.

Onu da qeyd edək ki, bu qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum ediliblər.

Baş Prokurorluğun yaydığı məlumata görə, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Məlumatda deyilir ki, Elxan Nuriyev 2 oktyabr 2022-ci ildə Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.
Satanovskidən şok: 1,5 milyard insanı öldürməliyikİsrailin keçmiş baş naziri Ariel Şaron o dövrlər bədəvilərə müraciətində belə bir söz demişdi: “İsrail – yəhudi dövlətidir. Kim bizimlə qalacaq, onlara yaxşı olacaq, kim bizimlə qalmayacaq, biz onları öldürəcəyik”. İndi gərək Rusiya da belə etsin – bizimlə olanlara yaxşı olmalıdır, qalanları isə öldürməliyik.

Axar.az xəbər verir ki, bu radikal fikirlərlə “Rossiya 1” telekanalının efirində yayımlanan “Solovyovla axşam” verlişinin canlı yayımı zamanı ermənipərəst mövqeyi ilə seçilən rusiyalı politoloq Yevgeniy Satanovski çıxış edib.

“Mən bu fikirləri dəfələrlə öz Teleqram kanalımda yazmışam. Amma oranı az adam oxuyur. İndi bu fikirləri sənin verlişində (verlişin aparıcısı Vladimir Solovyova üz tutaraq deyir – red.) dedim. Rusiya ilə bir olanlara yaxşı olmalıyıq, qalanları öldürməliyik”, - deyə o qeyd edib.

“Sən bunu neçə təsəvvür edirsən? Biz 1,5 milliardlıq NATO ölkələrinin əhalisini öldürməliyik?” - Solovyov ona sual verib.

Satanovski bu suala adekvat cavab verə bilməyərək, mövzunu başqa məcraya çevirib.
İsrail müdafiə nazirinin Bakıya səfəri və İranın səksəkəsi: "Azərbaycan heç kimə hesabat vermir""İsrailin müdafiə naziri Benyamin Qansın Azərbaycana səfərinin məqsədi ölkələrarası və beynəlxalq əməkdaşlıqdır. Bu səfərə hansısa don geyindirməyə çalışmaq sadəcə, istehza doğurur".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənova zəngindən də bəhs edib.

Bunun dövlətlərarası olan normal bir praktika olduğunu diqqətə çatdıran komitə sədri bildirib ki, dövlət başçıları, nazirlər və ümumiyyətlə rəsmi şəxslər arasında mütəmadi danışıqlar olur: "Bunu qeyri-adi bir hadisə kimi qəbul etmək lazım deyil. Lakin İran mətbuatının Məhəmməd Hüseyn Baqerinin Azərbaycanın müdafiə naziri Zakir Həsənova zəngini özlərinə sərf edən şəkildə təqdim etməsi təəssüf doğuran bir məsələdir. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət həyata keçirir. Dövlət olaraq heç kimə hesabat vermirik. Hansı dövlətlə nələri müzakirə etməsi isə Azərbaycanın daxili işidir".

Son bir neçə gündə Azərbaycana üç ölkənin - Səudiyyə Ərəbistanı, İsrail və Türkiyənin yüksək vəzifəli rəsmilərinin səfər etdiyini vurğulayan Z.Əsgərov bildirib ki, bunun adı beynəlxalq əməkdaşlıqdır və burada qeyri-adi heç nə yoxdur: "Bizim nazirlər də həmçinin xarici ölkələrə səfər edirlər. Lakin bu səfərlərə hansısa don geyindirməyə çalışmaq istehza doğurur. Azərbaycan heç kimə hesabat vermir və heç kim də bizdən hesabat tələb edə bilməz".

Politoloq Qabil Hüseynli isə bildirib ki, İran rejimi başdan-ayağa riyakarlıq içində üzür: "Ölkədə əhalinin az qala 25 faizi üsyanda iştirak edir və rejim başını itirib. Görünür, İsrail müdafiə nazirinin Azərbaycana rəsmi səfəri sanki Tehranda ildırım effekti yaradıb".

İsraillə İran arasındakı münasibətlərin gərginliyindən danışan politoloq bu gərginliyin əsas səbəbkarı kimi İranı göstərib: "Müşahidələrimiz əsasında demək mümkündür ki, İsrailin İrana qarşı kin-küdurəti də hiss olunmur. Nifrət təfəkküründən doğulan anormal hərəkətlər bu ölkənin xarici dövlətlərlə münasibətlərinə də mənfi təsir edir. Bu gün də Azərbaycana qarşı müəyyən ittihamlar irəli sürülür. Sözügedən səfərin heç bir üçüncü dövlətə aidiyyəti yoxdur və üçüncü bir dövlətin əleyhinə yönəlməyib. Azərbaycan qonşu dövlətlərin xarici siyasətinə qarışmır və öz qonşularından da adekvat davranışı tələb edir".

Qeyd edək ki, İsrailin müdafiə naziri Benyamin Qans oktyabrın 3-də Bakıya rəsmi səfər edib. O, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəsmi şəxslərlə görüşüb.

Həmin gün Z.Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.
Deputat Jalə Əhmədova ərinin ölüm səbəbini AÇIQLADI"Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş".

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bunu deputat Jalə Əhmədova ərinin vəfatı haqda danışarkən deyib.

O bildirib ki, Babək Əhmədov 51 yaşında dünyasını dəyişib: "Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq".

Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan Seçki Dairəsindən deputat seçilib. Millət vəkilinin iki övladı var. Mərhum Xaçmaz rayonunda dəfn olunacaq.
İlham Əliyevdən Ermənistana növbəti XƏBƏRDARLIQBizdə sülh prosesi ilə bağlı müəyyən optimist fikirlər var. Çünki bir neçə gün bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı müzakirələr aparıldı. Ümid edirik ki, bu proses uzun sürməyəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Dövlət başçısı deyib ki, biz 28 il davam edən Qarabağ münaqişəsinə dair danışıqlarda olduğu kimi, Ermənistanın razılaşmadığı məsələlərdə adətən istifadə etdiyi taktikaya yaxşı bələdik.

"Əgər bu, yenə davam edərsə, biz sülh əldə edə bilməyəcəyik. Əgər Ermənistanın seçimi belə olacaqsa, onlar növbəti ciddi səhv addım atmış olacaqlar".

“Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və buna görə cavab verməli oldular”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
"Hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz" - Komitə sədrindən müəllimlərə TƏBRİKMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Dəyərli MÜƏLLİMLƏR!

Sizi 5 oktyabr "#MüəllimlərGünü" münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm!

Siz kainatın sirrlərini öyrənərək yaşam dünyamızı gözəlləşdirdiyiniz üçün, insanlığa elm-mədəniyyət, bilik-savad, təlim-tərbiyə verdiyiniz üçün, bizi yetişdirdiyiniz üçün, ən əsası da vətənə layiqli övlad olmağı öyrətdiyiniz üçün hər kəsin qəlbinin ali sevgi mərtəbəsindəki yerin sahibisiniz!

Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Müqəddəs dinimizin banisi Məhəmməd Peyğəmbər özünü müəllim adlandırmış, Nizami Gəncəvi müəllimi günəşə, Mövlana Cəlaləddin Rumi müəllimi yanar şama, dahi Füzuli müəllimi gənc qəlbin memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmışdir. Böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”

Ulu Öndərimiz Hеydər Əliyеv öz­lərini vətən tоrpаğının bir zərrəsi sаyаn gənclərin tər­biyə еdilib yеtişdiril­mə­sində müəl­lim əməyinə, оnun şəхsiyyətinə yüksək qiymət vеrmişdir. Heydər Əliyev dеyirdi ki, müəllim аdı şə­rəfli аddır, müəllim аdı yüksək аddır. Müəllim vəzifəsi оnа görə şə­rəflidir ki, о, cəmiyyət üçün ən dəyərli, bilikli, zəkаlı, tərbiyəli, və­tənpərvər vətəndаş hаzırlаyır. Müəllim dün­yаdа yеgаnə şəх­siyyətdir ki, cəmiyyət öz gələcəyini – uşаqlаrının tərbiyəsini yаl­nız оnа еtibаr еdir.

Azərbaycan müəllimi həmişə öz işinin öhdəsindən məharətlə gəlmiş və ümid edirəm ki, bundan sonra da vətənimizə, millətimizə yararlı gənclər, dövlətimizə layiqli vətəndaşlar yetişdirəcəkdir!

Azərbaycanın vətənpərvər gəncləri 44 günlük müharibə ilə torpaqlarımızı yağı düşməndən azad edərək xalqımıza zəfər sevincini yaşatdılar. Burada qeyd etmək istərdim ki, Vətən müharibəsində 427 müəllim öz yetirmələri ilə çiyin-çiyinə döyüşlərdə iştirak edib və onlardan 15 müəllim şəhidlik zirvəsinə ucalıb. Bütün bunlar onu deməyə əsas verir ki, bizə qələbə sevincini yaşadan hər gəncin bu qədər vətənpərvər ruhlu olmasında müəllimin əməyi əvəzsizdir və bir daha sübut olundu ki, uzun illər ərzindəki fəaliyyət nəticəsində qarşıya qoyulan vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçən vətəndaşlar yetişdirməyə nail olunub.

Bu, Azərbaycan müəlliminin, təhsilimizin, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyevin və təhsilimizin hamisi Mehriban xanım Əliyevanın ən böyük uğurudur. Son illər #təhsil sahəsində həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü şəkildə görülən işlər dövlətimizin daha da qüdrətlənməsinə, savadlı, bacarıqlı gənclərin yetişdirilməsinə rəvac verir. Düşünürəm ki, biz gələcəkdə də işlərimizi bu istiqamətdə qurmalıyıq. Yüksək intellektli, bilikli, bacarıqlı gənclər yetişdirmək ən böyük amalımız olmalıdır, çünki bizi qarşıda böyük işlər gözləyir. Azərbaycanımızın inkişafını olduğu yerdən daha da irəliləməsi, eyni zamanda Qarabağımızın yenidən bərpası intellektlə, biliklə sıx bağlıdır. Əminəm ki, siz bu şərəfli işlərin öhdəsindən layiqincə gələcəksiniz.

Bir daha Sizi ürəkdən təbrik edir və bütün fəaliyyətinizdə uğurlar arzulayıram!