Sizin Reklam Burada

"Heydər Əliyev‚ İsrailin və yəhudilərin böyük dostu olub"

"Heydər Əliyev‚ İsrailin və yəhudilərin böyük dostu olub"Heydər Əliyev tərəfindən müasir Azərbaycan dövləti qurularkən tolerantlıq siyasəti əsas meyar olaraq seçilmişdir və Azərbaycanda yaşayan qeyri müsəlmanlara‚ qeyri dinlərə və inanclara olduğu kimi‚ məhz yəhudilərə də hörmət və ehtiram göstərilmişdir.

Burada doğulan‚ yaşayan və xaricə‚ İsrailə köç edən yəhudilər hər zaman Azərbaycanı özünə vətən bilmiş və buraya son dərəcə doğma və sevgi ilə yanaşmaqdadır. Bunu yəhudi xalqının Azərbaycanda yaşayan və xaricə‚ İsrailə köç edən bir fərdində və nümayəndəsində aşkar görmək mümkündür.

Azərbaycan dövləti Heydər Əliyev tərəfindən qurularkən ali dəyərlərin mövcud olmasına‚ yəhudilərə göstərilən hörmət və ehtirama görə Azərbaycanın qurucusu Heydər Əliyev yəhudilərin və İsrailin böyük dostu adlandırılır. Azərbaycanın İsrail dövləti və Yəhudi lobbisi ilə münasibətlərin qurulması və əlaqələrin inkişaf etdirilməsi hələ dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin əsasını qoyduğu tolerantlıq ənənəsinə görə Yəhudilər Azərbaycanda son dərəcə dostluq və qadaşlıq şəraitində yaşayaraq buranı ana vətənləri hesab edirlər. Azərbaycanda yaşayan bütün qeyri-millətlər‚ qeyri-dinlər və inancların nümayəndələri kimi‚ yəhudilərə də göstərilən hörmət və ehtiram ənənəsi məhz Heydər Əliyevin parlaq və təqdirəlayiq tolerantlıq siyasətinin nəticəsidir.

Bu səbəbdən biz‚ İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi olaraq‚ Azərbaycan Respublikasının Prezidenti‚ Zati-aliləri cənab İlham Əliyev tərəfindən 2023-cü ilin məhz "Heydər Əliyev İli" elan edilməsini çox vacib və əhəmiyyətli qərar hesab edirik. Qarşıdakı 2023-cü il‚ yəni "Heydər Əliyev İli" Azərbaycana xeyirli və uğurlu olsun. Azərbaycan və İsrail dövlətinin‚ Azərbaycan xalqı ilə yəhudi xalqının dostluğu və qardaşlığının daha da möhkəmlənməsini‚ sarsılmaz və əbədi olmasınə Tanrıdan diləyirik. AMİN.

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər