Putin-Zelenski görüşünün vaxtı ELAN EDİLDİ

Putin-Zelenski görüşünün vaxtı ELAN EDİLDİUkrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş avqustun sonuna qədər baş tuta bilər.

“Reuters” xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.

O, jurnalistlərə deyib ki, “Amerika prezidenti Rusiya prezidenti ilə telefonla danışıb və yaxın iki həftə ərzində Rusiya və Ukrayna prezidentləri arasında görüş barədə razılığa gəlib”.

“Eyni zamanda, görüşün yeri hələ müəyyən edilməyib”,- deyə o əlavə edib.

Merts deyib ki, belə bir sammitə yaxşı hazırlaşmaq lazımdır, lakin o, Putinin orada iştirak etmək üçün “cəsarət edib-etməyəcəyinə” əmin deyil.

"Rusiya prezidentinin belə bir sammitdə iştirak etməyə cəsarəti çatıb-çatmayacağını bilmirik. Ona görə də onu inandırmaq lazımdır", - Almaniya kansleri deyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər