Zelenski ABŞ-da səfərdədir

Zelenski ABŞ-da səfərdədirUkrayna Prezidenti Vladimir Zelenski ABŞ rəhbəri Donald Trampla görüşmək üçün Vaşinqtona uçub.

Bu barədə məlumatı ölkə Ali Radasının deputatı Yaroslav Jeleznyak yayıb.

Böyük Britaniyadan ABŞ-a uçuş təxminən yeddi saat çəkəcək.

***

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-li həmkarı Donald Trampla görüşmək üçün Vaşinqtona gəlib.

Bu barədə V. Zelenski Telegram kanalında yazıb.

O hamının eyni dərəcədə müharibəni tez və etibarlı şəkildə bitirmək istədiyini vurğulayıb:

"Necə ki illər əvvəl Ukrayna Krımdan və Şərqimizin bir hissəsindən - Donbasın bir hissəsindən imtina etmək məcburiyyətində qaldı və Putin bundan sadəcə olaraq yeni hücum üçün tramplin kimi istifadə etdi. Yaxud 1994-cü ildə Ukraynaya guya “təhlükəsizlik zəmanəti” verilsə də, bir nəticə olmadı. Təbii ki, o zaman Krımdan imtina etməyə dəyməzdi, necə ki 2022-ci ildən sonra ukraynalılar Kiyev, Odessa, Xarkovdan əl çəkmədilər".

"Ukraynalılar öz torpaqları, müstəqillikləri uğrunda mübarizə aparırlar. İndi Donetsk və Sumi vilayətlərində əsgərlərimiz uğur qazanır. Əminəm ki, biz Ukraynanı qoruyacağıq, onun təhlükəsizliyinə səmərəli təminat verəcəyik və xalqımız dəstək və əvəzsiz köməyə görə Prezident Trampa, Amerikadakı hər kəsə, hər bir tərəfdaşa həmişə minnətdar olacaq. Rusiya özünün başladığı bu müharibəyə son qoymalıdır. Və ümid edirəm ki, bizim Amerika ilə, avropalı dostlarımızla birgə gücümüz Rusiyanı əsl sülh bağlamağa məcbur edəcək. Təşəkkür edirəm!" - deyə Ukraya lideri vurğulayıb.

Qeyd edək ki, görüşə saatlar qalmış Donald Tramp bəyan edib ki, Zelenski Krımdan imtina etməklə və ölkənin NATO-ya daxil olmaq ideyasından əl çəkməklə Rusiya-Ukrayna münaqişəsini dərhal dayandıra bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər