Tramp Putinə güzəştə getmədi

Alyaskada keçirilən D.Tramp və V.Putin görüşündə müsbət nəticə əldə edilmədi. V.Putin çıxışında ilk növbədə Ukrayna ilə bağlı ilkin şərtlərin yerinə yetirilməsini tələb etdi. İlkin şərtlər əsasən, aşağıdakı təsnif olunur.

1. NATO 1997-ci il sərhədlərinə çəkilməli.

2.ABŞ qoşunlarını Şərqi Avropadan çıxarmalı.

3.Keçmiş Post-sovet məkanı Rusiya təsir dairəsi kimi tanınanmali

4. Ukrayna NATO üzvü olmamalı.

Artıq ABŞ, ilkin şərtlərdən də irəliyə gedərək, Finlandiya və İsveçin NATO qəbul edilməsinə nail olub. Həmçinin Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirməklə "Tramp Körpüsü" təsis edib.

Alyaska görüşünə V. Putin D. Trampın müəyyən siyasi təzyiqlərindən sonra qatıldı. Çünki, Rusiyaya 10 günlük vaxt verdikdən sonra, V. Putin müəyyən addımlar atmalı idi. Məhz sanksiyalardan yayınmaq üçün bu görüşə qatıldı. Təbii ki, Rusiya ilkin şərt olaraq Ukraynanın şərqinin ilhaqının tanınması fonunda atəşkəs razılaşa bilərdi. Amma, bu, ABŞ mövqeyini sarsıda bilərdi.

D.Tramp V.Putini nə qədər isti qarşılasa da, bundan sonra "isti sanksiyalar" tətbiq edə bilər. Tərəflər arasında şifahi razılaşmalara gəldikdə isə, ola bilər böyük şəhərlərdə infrastruktura qarşılıqlı hücum dayandırılsın.

Ümumiyyətlə, Alyaska görüşü hər iki ölkənin mövqeyini ortaya qoydu. D.Tramp Avropa ölkələrini və ABŞ geosiyasi maraqlarına zidd olaraq V. Putinə güzəştə getmədi. Bu görüşdən əvvəl, Avropa İttifaqı və Böyük Britaniya ABŞ prezidentinə öz dəyişməz mövqelərini bildirmişdilər.

V. Putin ABŞ və Avropa ittifaqı arasında inkişaf etmiş hərbi və təhlükəsizlik əlaqələrini zəiflədə bilmədi. Halbuki bir il bundan əvvəl, V. Putin Qərb Alyansı daxilində ciddi problem yarada bilmişdi. Müharibə davam edəcək və tərəflərin mövqeyi döyüş meydanında aydın olacaq.

Məhəmməd Əsədullazadə
siyasi ekspert

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər