Etimad İsmayılovu qətlə yetirən Dəmirov azadlığa çıxdı

2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyədə azadlığa çıxıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Gününsəsi.info-ya Dəmirova yaxın mənbələr danışıblar.

Bildirilib ki, Gözəl Dəmirovun azadlığa çıxmasına səbəb olaraq, onun onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilib.

Araşdırma zamanı isə bəlli olub ki, Gözəl Dəmirov azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.

O da məlum olub ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. Belə ki, o, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycana gəlib-gedir.

Dəmirovun hər iki ölkədə biznes fəaliyyətini aktiv şəkildə davam etdirdiyi də deyilir.

Qeyd edək ki, Etimad İsmayılov uzun illər hüquq-mühafizə orqanlarına rəhbərlik etmiş İlyas İsmayılovun oğludur. Onun Türkiyədə qətlə yetirilməsi qonşu ölkədə və Azərbaycanda böyük sensasiyaya səbəb olmuşdu.

Gözəl Dəmirova gəlincə, xatırladaq ki, o, polis polkovnikidir və DİN-də yüksək vəzifələrdə çalışıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər