ABŞ Rusiyanın nazı ilə oynamağa üstünlük verir

Çingiz Şahbazi
Politoloq

ABŞ prezidenti Trampın Rusiya ilə, daha doğrusu, Putinlə bağlı qurduğu xəyallar özünü doğrultmadı. Əslində, bizə görə Rusiyanın və xüsusilə də Putinin nə mal olduğunu Tramp, hələ tam çılpağlığı ilə anlaya bilməyib, desək, bəlkə də yanılarıq. Çünki Trampın yürütdüyü siyasətin doğru olmadığını da sübut etmək çox çətindir.

Doğrudur, ABŞ dünyada ən böyük gücə malik olan dövlətdir və nəzarətində çox böyük imkanlar var. Buna rəğmən Rusiyanın əlində olan imkanlardan çox ehtiyat edir və Rusiyanın bu qədər cinayətlərinin qarşısında onunla yuxarıdan aşağı danışmaq fikrində deyil. Əslində, bu təmkinli və soyuqqanlı siyasətin və davranışların arxasında real vəziyyəti düzgün qiymətləndirmək və yaxud da, Rusiyanı hansısa məqama yaxınlaşdırmaq kimi planların olması ola bilər.

Bu səbəbdən ABŞ Rusiyanın nazı ilə oynamağa üstünlük verir və Ukraynaya ağır və təslimçi şərtləri qəbul etməsi üçün təsir göstərir. Bəlkə də bu olub bitənləri daha sonra bir referendum yolu ilə geri qaytarmaq, ədaləti bərpa etmək mümkün olacaq. Amma, bunun əksi halında Ukraynanı qurtarmaq istərkən, dünyanın məhvini gətirməyi risk altına almaq və bu imkanı hansısa səbəblərdən dolayı Rusiyaya vermək kimi bir səhvə də yol vermək olmaz. Bu səbəbdən hesab edirəm ki, ABŞ-ın Rusiyaya qarşı bu qədər səbr və təmkin nümayiş etdirməsinin bir səbəbi var və heç şübhəsiz ki bunun arxasında Rusiyanın irəli sürdüyü şərtlərə qarşı, ABŞ-ın həssaslıq sərgiləməsinin bir dərin nədəni də mütləq ki, yox deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər