Keçmiş məhkumlar arasındakı dava qanla bitdi

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Hadisə gecə saatlarında Mingəçevir şəhərinin N. Nərimanov küçəsindəki məhəllələrdən birində qeydə alınıb.

Əvvəllər məhkum olunmuş 45 yaşlı Hafiz Hüseynov şəxsi münasibətlər zəminində məhkumluq həyatı yaşamış 55 yaşlı Rəhim Vəliyevlə mübahisə edib. Mübahisə zamanı Hüseynov ona bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Məlum olub ki, Hafiz Hüseynov 2010-cu ildə Yevlax rayonunda odlu silahdan istifadə etməklə adam öldürmə cinayətinə görə məhkum olunub. Onun xəsarət yetirdiyi Ağdam rayon sakini Rəhim Vəliyevlə əvvəllər dostluq münasibətləri olub və onlar vaxtaşırı içki məclislərində iştirak ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər