İran azərbaycanlı xanım fəalı edam edəcək

İran azərbaycanlı xanım fəalı edam edəcəkİranın Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan işçi hərəkatı fəalı Şərifə Məhəmmədinin edam hökmü təsdiq olunub.

Axar.az xəbər verir ki, bu haqda vəkil Əmir Rəisian məlumat yayıb.

O, bundan əvvəl çıxarılan ölüm hökmünün İran Ali Məhkəməsinin 29-cu bölməsi tərəfindən təsdiq olunduğunu bildirib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb və edam cəzasına məhkum edilib.

Qeyd edək ki, Beynəlxalq İnsan Haqları təşkilatlarının təzyiqləri nəticəsində İranın Ali Məhkəməsi oktyabr ayının ortalarında işçi hərəkatı fəalının edam hökmünü ləğv etmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər