Prezident indoneziyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev İndoneziya Prezidenti Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, məktubda deyilir:

“İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Azərbaycan-İndoneziya münasibətlərinin son dövrlərdə inkişaf dinamikası, istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli strukturlar çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur. Ölkələrimizin Qoşulmama Hərəkatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və digər beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.

Biz Azərbaycan ilə İndoneziya arasında sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Hazırda siyasi, iqtisadi, mədəni, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin və imkanlar formalaşmışdır. Hesab edirəm ki, mövcud imkanlardan bəhrələnərək ikitərəfli fəaliyyət gündəliyimizin genişlənməsinə nail ola bilərik.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər