Təbriz-Bakı reyslərinin sayı artacaq
Dərc olunub:
18-08-2025, 09:29
Yaxın günlərdə Təbriz-Bakı aviareyslərinin sayı artacaq.
Bu barədə İranın Şərqi Azərbaycan Vilayətinin Hava Limanları Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, sentyabrın 3-dən daha bir aviaşirkət Təbriz-Bakı reyslərini yerinə yetirməyə başlayacaq.
Bu uçuşlar həftənin bazar və çərşənbə günləri Təbriz Beynəlxalq Hava Limanından həyata keçiriləcək.
Xatırladaq ki, hazırda Azərbaycan Hava Yolları (AZAL) müvafiq istiqamətdə uçuşlar həyata keçirir.
